logo

ABŞ HDQ Baş Qərargah rəisi vəzifəsinə ilk dəfə qadın təyin olunub

09:09 03-11-2023 | icon 4340
ABŞ HDQ Baş Qərargah rəisi vəzifəsinə ilk dəfə qadın təyin olunub

ABŞ Senatı ölkə tarixində ilk dəfə olaraq Hərbi Dəniz Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsinə qadını - admiral Liza Françetti təyin edib.

YeniAvropa xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Admiral Liza Françetti eyni zamanda Birləşmiş Ştatlarda Birləşmiş Qərargah Rəislərində xidmət edən ilk qadın olub.

General Devid Elvin isə ABŞ Hərbi Hava Qüvvələrinin Baş Qərargah rəisi təyin edilib.

Hər iki hərbçinin namizədliyini 95 senator dəstəkləyib, 1-i əleyhinə çıxıb.