Bakıda Azərbaycan-Pakistan hərbi əməkdaşlığı müzakirə edilib
Noyabrın 1-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı general Asim Munirin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, görüşdən əvvəl Pakistan nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirələrini ehtiramla anıblar.
Sonra Müdafiə Nazirliyində təntənəli qarşılama mərasimi keçirilib. Qonaq fəxri qarovul dəstəsinin önündən keçib, hər iki ölkənin Dövlət himnləri səsləndirilib və protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb.
General-polkovnik Z.Həsənov qonaqları salamlayaraq onları Azərbaycanda görməkdən məmnunluğunu bildirib. Nazir Azərbaycan-Pakistan-Türkiyə arasında həyata keçirilən ikitərəfli və üçtərəfli hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu vurğulayıb. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunda aparılan islahatlardan danışıb.
General A.Munir Azərbaycanın suverenliyi uğrunda canını fəda edən şəhidlərimizlə bağlı başsağlığı verib. Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın inkişaf etdirilməsində belə görüşlərin əhəmiyyətini xüsusi vurğulayıb. İki ölkə ordularının qoşun növləri qərargahları arasında danışıqların aparılması və əlaqələrin genişləndirilməsinin zəruriliyini qeyd edib.
Görüşdə, həmçinin ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib.
Sonra müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Pakistan nümayəndə heyəti ilə görüşüb.
Baş Qərargahda keçirilən görüşdə ölkələrimiz arasında hərbi əlaqələrin və strateji tərəfdaşlığın yüksələn xətlə inkişaf etdiyi vurğulanıb. İkitərəfli və üçtərəfli birgə təlimlərin intensivliyinin artırılmasının vacibliyi bildirilib.
Daha sonra Hərbi Hava Qüvvələrinin qərargahında müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirovla görüş keçirilib. Qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.
Keçirilən görüşlərin sonunda qarşılıqlı hədiyyələr təqdim edilib.
Müəllimlərin vəzifə maaşlarına əlavələr edilib
Din xadimləri attestasiyadan keçiriləcək-Mübariz Qurbanlı
Azərbaycan "COP 29"a ev sahibliyinə ən real namizəddir
Azərbaycan iki əcnəbi basketbolçunu milliləşdirdi
Sinoptiklərdən Bakıda güclü külək xəbərdarlığı
Bakıda avtomobildən 38 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb
Sabah Bakıda yağış yağacaq,14° isti olacaq
İstanbul derbisi: “Beşiktaş” “Fənərbaxça”ya qarşı
Zəlzələdən sonra Kardiologiya İnstitutuna müraciətlərin sayı artıb
Məhərrəm Əliyev Azərbaycanın Belarusdakı səfiri təyin edilib
Azərbaycan Rumıniya və Moldovadakı səfirlərini geri çağırdı
Məhərrəm Əliyev Prezidentinin köməkçisi vəzifəsindən azad edildi və hərbi xidmətdən istefaya göndərildi
2024-cü il:Novruz,Ramazan və Qurban bayramlarının günləri bəlli olub
2024-cü ildə ilk iş günü yanvarın 7-dən başlayacaq
Azərbaycan nefti 80,21 dollara satılır
İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib
BMT-nin baş katibi Azərbaycan-Ermənistan birgə açıqlamasını alqışlayıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb
Faktiki hava:Ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib
Tovuzda qatar 25 yaşlı gənci vurub öldürdü
İşğaldan azad edilmiş ərazilərdə seçki məntəqələri quraşdırılacaq
Şuşa və Göygöl rayonlarına prokuror təyin olunub
Moskvada MDB İqtisadi Şurasının 100-cü iclası keçirilib
Dövlət Aqrar Universitetinin yenidən KTN-in tabeliyinə verildi
Bakıda Azərbaycan-Rusiya Parlamentlərarası Komissiyanın iclası keçirilir