Sahibə Qafarova koreyalı həmkarı ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova Koreya Respublikasına rəsmi səfəri çərçivəsində noyabrın 1-də bu ölkənin Milli Assambleyasının sədri Jin-pyo Kim ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindənYeniAvropa-ya bildirilib ki, Jin-pyo Kim bu səfərin iki ölkə arasında münasibətlərin daha da inkişafına töhfə verəcəyinə inamını ifadə edib.
Koreya Respublikasının Azərbaycanın müstəqilliyinin ilk günlərindən sıx əlaqələr qurduğu ölkələrdən biri olduğu vurğulanıb, ikitərəfli münasibətlərin inkişafında siyasi təmasların - yüksək səviyyəli səfərlərin, görüşlərin müstəsna rolu qeyd edilib.
Bildirilib ki, ölkələrimiz arasında münasibətlərdə iqtisadi əməkdaşlıq mühüm yer tutur. Azərbaycan Cənubi Qafqaz regionunda Koreyanın əsas ticarət tərəfdaşıdır. İki ölkə arasında ticarət dövriyyəsi durmadan artır, lakin iqtisadi əməkdaşlığı daha da gücləndirmək və şaxələndirmək üçün böyük potensial mövcuddur.
Görüşdə Azərbaycanın qeyri-neft sektorunun daha da inkişafı ilə bağlı planları, “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyaları, Azərbaycanın su təchizatı sistemlərinin inkişafı, ölkəmizin bərpaolunan enerji sahəsində həyata keçirdiyi proqramlar və bu sahələrdə Koreya şirkətlərinin iştirakı məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Milli Məclisin sədri Sahibə Qafarova qeyd edib ki, ölkələrimiz arasında müxtəlif formatlarda qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirmək üçün yaxşı imkanlar var. Ölkələrimiz ənənəvi format və təşkilatlar ilə yanaşı, yeni əməkdaşlıq formatlarında da birgə fəaliyyət göstərə bilər. Sahibə Qafarova mədəni oxşarlıqlara və dil yaxınlığına görə Koreya Respublikasının Türk Dövlətləri Təşkilatı ilə tərəfdaş ölkə kimi əməkdaşlığının mühüm nəticələrin əldə olunmasına gətirib çıxara biləcəyinə inamını ifadə edib.
Söhbət zamanı humanitar istiqamətlərdə əlaqələrin əhəmiyyəti vurğulanıb, təhsil, elm, mədəniyyət sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib. Hazırda Koreyada 200-ə yaxın azərbaycanlı tələbənin təhsil aldığı, Azərbaycan və Koreya universitetləri arasında müxtəlif beynəlxalq tələbə mübadiləsi və ikili diplom proqramlarının mövcud olduğu diqqətə çatdırılıb.
Həmçinin nəqliyyat sahəsində əməkdaşlıq imkanları da nəzərdən keçirilib. Diqqətə çatdırılıb ki, Azərbaycanın müasir nəqliyyat infrastrukturu və tranzit ölkə kimi mühüm rolu artmaqdadır. Zəngəzur dəhlizinin açılması ilə bu axın daha da genişlənəcək. Sahibə Qafarova Koreya şirkətlərinin bu imkanlardan istifadə edə biləcəklərini vurğulayıb.
Görüşdə parlamentlər arasında əməkdaşlıq, son 2 ildə bu istiqamətdə intensivliyin artması müsbət hal kimi qiymətləndirilib və bu sahədə münasibətlərin daha da genişləndirilməsinə dair müzakirələr aparılıb.
S.Qafarova regionda mövcud olan vəziyyət, Azərbaycanın 2020-ci ildə Vətən müharibəsində öz torpaqlarını Ermənistanın işğalından azad etməsi, işğaldan azad edilmiş ərazilərdə yenidənqurma və bərpa işləri, cari il sentyabrın 19-20-də Azərbaycanın həyata keçirdiyi antiterror tədbirləri barədə geniş məlumat verib
Milli Assambleyanın sədri Jin-pyo Kim beynəlxalq hüquqa əsaslanmağın vacibliyini vurğulayaraq deyib ki, Azərbaycan regiona sülh gətirmək üçün böyük səylə işləyir. O, bu səylərin nəticə verəcəyinə və Azərbaycanın sülhün əldə edilməsinə nail olacağına ümid etdiyini bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə və əməkdaşlığın müxtəlif istiqamətlər üzrə daha da inkişaf etdirilməsi yollarına dair müzakirələr aparılıb.
Sonra Azərbaycan parlamentinin nümayəndə heyəti Milli Assambleyanın inzibati binası ilə tanış olub.
Müəllimlərin vəzifə maaşlarına əlavələr edilib
Din xadimləri attestasiyadan keçiriləcək-Mübariz Qurbanlı
Azərbaycan "COP 29"a ev sahibliyinə ən real namizəddir
Azərbaycan iki əcnəbi basketbolçunu milliləşdirdi
Sinoptiklərdən Bakıda güclü külək xəbərdarlığı
Bakıda avtomobildən 38 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb
Sabah Bakıda yağış yağacaq,14° isti olacaq
İstanbul derbisi: “Beşiktaş” “Fənərbaxça”ya qarşı
Zəlzələdən sonra Kardiologiya İnstitutuna müraciətlərin sayı artıb
Məhərrəm Əliyev Azərbaycanın Belarusdakı səfiri təyin edilib
Azərbaycan Rumıniya və Moldovadakı səfirlərini geri çağırdı
Məhərrəm Əliyev Prezidentinin köməkçisi vəzifəsindən azad edildi və hərbi xidmətdən istefaya göndərildi
2024-cü il:Novruz,Ramazan və Qurban bayramlarının günləri bəlli olub
2024-cü ildə ilk iş günü yanvarın 7-dən başlayacaq
Azərbaycan nefti 80,21 dollara satılır
İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib
BMT-nin baş katibi Azərbaycan-Ermənistan birgə açıqlamasını alqışlayıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb
Faktiki hava:Ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib
Tovuzda qatar 25 yaşlı gənci vurub öldürdü
İşğaldan azad edilmiş ərazilərdə seçki məntəqələri quraşdırılacaq
Şuşa və Göygöl rayonlarına prokuror təyin olunub
Moskvada MDB İqtisadi Şurasının 100-cü iclası keçirilib
Dövlət Aqrar Universitetinin yenidən KTN-in tabeliyinə verildi
Bakıda Azərbaycan-Rusiya Parlamentlərarası Komissiyanın iclası keçirilir