Səudiyyə Ərəbistanı Azərbaycanla əlaqələrə xüsusi önəm verir
Azərbaycan ilə Səudiyyə Ərəbistanı Krallığı arasında səhiyyə sahəsində əməkdaşlıq genişlənib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindənYeniAvropa-ya verilən məlumata görə, bunu səhiyyə naziri Teymur Musayev Səudiyyə Ərəbistanı Krallığının ölkəmizə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh əl-Cuteyli ilə görüş zamanı deyib.
Nazirlikdə keçirilən görüş tanışlıq və gələcək əməkdaşlığı müzakirə etmək, ümumi maraq doğuran mövzular ətrafında fikir mübadiləsi aparmaq məqsədini daşıyıb.
T.Musayev yeni təyinatı münasibətilə səfiri təbrik edərək Azərbaycan-Səudiyyə Ərəbistanı Krallığı tərəfdaşlığının inkişafı istiqamətində fəaliyyətində uğurlar arzulayıb.
Azərbaycan və Səudiyyə Ərəbistanı Krallığının ortaq mədəni və dini köklərlə bağlı olduqlarını diqqətə çatdıran nazir digər istiqamətlərdə olduğu kimi səhiyyə sahəsində də əməkdaşlığın genişləndiyini bildirib. Teymur Musayev ikitərəfli əlaqələrin möhkəmlənməsində yüksək səviyyəli səfərlərin məxsusi rolunu vurğulayıb. Ölkələrimiz arasında səhiyyə və tibb elmi sahəsində əlaqələrin mövcud vəziyyətindən məmnunluğunu bildirən səhiyyə naziri əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Öz növbəsində səfir İssam bin Saleh əl-Cuteyli ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına xüsusi önəm verdiyini bildirib. Onun sözlərinə görə, həmin münasibətlər yaxın dostluq və sıx əməkdaşlıq üzərində qurulub. Səfir qeyd edib ki, dost ölkələr arasında səhiyyə sahəsində qarşılıqlı münasibətlərin səmərəliliyini artırmaq üçün bütün zəruri imkanlar mövcuddur.
Konstruktiv və qarşılıqlı anlaşma şəraitində keçən söhbət zamanı səhiyyə və tibb elmi sahəsində iki ölkə arasında münasibətlərin mövcud vəziyyəti və potensial inkişaf imkanları, həmçinin dərman və digər əczaçılıq məhsulları sahəsində ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub.
"COP 29" gələn il Azərbaycanda keçiriləcək
"İnterpol"la axtarılan şəxs Azərbaycana ekstradisiyası edilib
Brüsseldə Azərbaycan-Aİ əməkdaşlığı müzakirə edilib
Audiovizual Şura televiziya kanallarına xəbərdarlıq edib
Qusarda mikroavtobus dərəyə aşıb: Xəsarət alanlar var
UEFA prezidentinin səlahiyyət müddəti uzadılır?
AQTA Bərdədə nöqsanlı çörək sexini basğlatdırıb
Prokurorluq 92 ağacın kəsilməsinə görə cinayət işi başlayıb
Azərbaycan və Oman XİN-ləri siyasi məsləhətləşmələr aparıblar
Lənkəran bələdiyyə sədrinin cinayət işi məhkəməyə göndərilib
Prokurorluq paytaxt sakininin intihar etməsi faktını araşdırır
Xəbərdarlıq: Temperatur 5° aşağı enəcək, qar yağacaq
Xəzər dənizində zəlzələ olub
Ədliyyə orqanlarına qəbulla bağlı test imtahanı keçiriləcək
Ötən həftə Azərbaycanda 17 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb
Sabah Bakıda 10° isti olacaq
İlham Əliyev Yardımlıda yol tikintisinə 1,7 milyon manat ayırdı
Azərbaycanda minatəmizləyən texnikalar istehsal olunacaq
Prezident Qaradağ rayonunda yol təmirinə 400 min manat ayırdı
İlham Əliyev Gürcüstanın parlament sədrini qəbul edib
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
Azərbaycanda illik inflyasiya 9,4% təşkil edib
Qazaxıstan cari ildə Bakı limanı vasitəsi ilə 1,2 milyon ton neft nəql edib
Azərbaycanda məktəbəqədər təhsillə bağlı əsas hədəflər açıqlanıb
Bakıda qanunsuz tikililər sökülüb