logo

Ceyhun Bayramov Birləşmiş Ərəb Əmirliklərinin prezidenti ilə görüşüb

23:13 31-10-2023 | icon 3409
Ceyhun Bayramov Birləşmiş Ərəb Əmirliklərinin prezidenti ilə görüşüb

Oktyabrın 31-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) rəsmi səfəri çərçivəsində BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşüb.

Xarici İşlər NazirliyindənYeniAvropa-ya bildirilib ki, görüşdə iki ölkə arasında mövcud əməkdaşlıq gündəliyində duran məsələlər, habelə regional və beynəlxalq vəziyyət müzakirə olunub.

Görüş zamanı Azərbaycan və BƏƏ arasında əməkdaşlıq gündəliyinin genişləndirilməsində ali və yüksək səviyyəli siyasi dialoqun əhəmiyyəti vurğulanıb.

Diplomatik münasibətlərin qurulmasından ötən müddət ərzində iki ölkənin İslam həmrəyliyi, dostluq, qardaşlıq prinsipləri əsasında əməkdaşlıq əlaqələrinin inkişafı üçün səy göstərdiyi məmnunluqla qeyd olunub.

Həmçinin Azərbaycan və BƏƏ arasında mövcud çoxşaxəli nümunəvi əməkdaşlıq gündəliyinin davam etdirilməsi, turizm, təhsil, yüksək texnologiyalar kimi sahələrdə əməkdaşlığın daha da genuşləndirilməsinin zəruriliyi vurğulanıb.

Görüş zamanı, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.