Bakıdakı səhiyyə sərgilərində 14 ölkədən 100 şirkət iştirak edəcək
Noyabrın 2-dən 4-dək Bakı Ekspo Mərkəzində 3-cü Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları “Medinex” sərgisi keçiriləcək. Tədbir çərçivəsində gözəllik sektoruna aid şirkətlərin iştirakı ilə “Beauty Azerbaijan” adı altında təşkil olunacaq.
YeniAvropa xəbər verir ki, oktyabrın 31-də keçirilən mətbuat konfransında çıxış edən “Caspian Event Organisers” (CEO) şirkətinin layihə rəhbəri Fərrux Əhmədovun sözlərinə görə, “Medinex” sərgisi sənaye müəssisələrinə və sahibkarlara işgüzar əlaqələri inkişaf etdirmək və yeni əlaqələr qurmaq, aktual məlumat mübadiləsi aparmaq və sərfəli müqavilələr imzalamaq imkanı yaradan səmərəli müstəvi rolunu oynayacaq.
“Medinex” Azərbaycanda səhiyyə mütəxəssislərini bir araya gətirən mühüm və nüfuzlu tibb sahəsini əhatə edən tədbirdir. Sərgidə aparıcı və yerli xarici istehsalçılar və distribütorlar ölkə klinikalarının təkmilləşdirilməsinə, istehlakçıların tələblərinin ödənməsinə və müalicənin effektivliyinin artırılmasına kömək etmək üçün yeni məhsul və xidmətlərini təqdim edəcəklər.
İştirakçı ölkələr arasında Azərbaycan, Almaniya, Belarus, Cənubi Koreya, Çin, Əlcəzair, Rusiya Federasiyası, Fransa, Qazaxıstan, Qətər, Misir, Türkiyə kimi ölkələr yer alır.
“Sərgilərə ümumilikdə 14 ölkədən 100 şirkət qatılacaq. Beləliklə, beynəlxalq iştirakçıların da yer alacağı həmin sərgilər sənaye müəssisələrini eyni platformada bir araya gətirmək, işgüzar əlaqələri möhkəmləndirmək və satış coğrafiyasını genişləndirmək üçün əla fürsət yaradacaq”, - deyə F.Əhmədov vurğulayıb.
Sabah Bakıda 10° isti olacaq
İlham Əliyev Yardımlıda yol tikintisinə 1,7 milyon manat ayırdı
Azərbaycanda minatəmizləyən texnikalar istehsal olunacaq
Prezident Qaradağ rayonunda yol təmirinə 400 min manat ayırdı
İlham Əliyev Gürcüstanın parlament sədrini qəbul edib
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
Azərbaycanda illik inflyasiya 9,4% təşkil edib
Qazaxıstan cari ildə Bakı limanı vasitəsi ilə 1,2 milyon ton neft nəql edib
Azərbaycanda məktəbəqədər təhsillə bağlı əsas hədəflər açıqlanıb
Bakıda qanunsuz tikililər sökülüb
Bakı İlahiyyat Kolleci yaradılır
Ceyranbatanda mənzildə partlayış olub, bir nəfər xəsarət alıb
UEFA Çempionlar Liqası: Əliyar Ağayev “Mançester Siti”nin oyununa təyinat alıb
Ötən iki gündə cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılıb
Ceyhun Bayramov Belçikaya işgüzar səfər edib
Bayden Zelenskini Ağ Evə dəvət edib
İlham Əliyev Serbiya-Bolqarıstan Qaz kəmərinin açılışında iştirak edib
Sabah Bakıda arabir yağış yağacaq,11° isti olacaq
İlham Əliyev Serbiyaya işgüzar səfər edib
Şuşada indiyədək 16 abidə tam bərpa olunub
Şuşada Türk Dünyası Mədəniyyət Paytaxtları Birliyinin təsis konfransı keçirilir
Sumqayıt-Bakı yolunda ağır avtoqəza:Ölən və yaralananlar var
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib
Müəllimlərin vəzifə maaşlarına əlavələr edilib
Din xadimləri attestasiyadan keçiriləcək-Mübariz Qurbanlı