logo

Azərbaycan ötən ay ən çox Rusiyaya məhsul ixrac edib

10:30 31-10-2023 | icon 1722
Azərbaycan ötən ay ən çox Rusiyaya məhsul ixrac edib

Sentyabrda qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya (65,9 milyon ABŞ dolları) birinci olub.

YeniAvropa İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın oktyabr sayına istinadla bildirir ki, ötən ay qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Türkiyə (45,3 milyon ABŞ dolları) ikinci və İsveçrə (26,2 milyon ABŞ dolları) üçüncü yerdə qərarlaşıb.

Yanvar-sentyabr ayları ərzində Rusiya Federasiyasına 787,3 milyon ABŞ dolları, Türkiyəyə 631,8 milyon ABŞ dolları, Gürcüstana 240,4 milyon ABŞ dolları, İsveçrə Konfederasiyasına 112,5 milyon ABŞ dolları, Qazaxıstana isə 78,1 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.