Azərbaycan-BƏƏ əməkdaşlığı müzakirə edilib
Oktyabrın 30-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) rəsmi səfəri çərçivəsində BƏƏ-nin xarici işlər naziri Abdullah bin Zayed Al Nəhyan ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindənYeniAvropa-ya bildirilib ki, görüş zamanı Azərbaycan və BƏƏ arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, habelə bölgədə mövcud vəziyyət müzakirə olunub.
İki ölkə arasında siyasi, iqtisadi, ticarət, enerji təhlükəsizliyi, investisiyalar, humanitar, təhsil, mədəniyyət və sair sahələr üzrə mövcud əməkdaşıq gündəliyinin inkişafının məmnunluq doğurduğu qeyd olunub. Münasibətlərin inkişaf perspektivlərinin müzakirəsi, habelə mövcud müqavilə-hüquq bazasının genişləndirilməsi baxımından siyasi məsləhətləşmələr mexanizmindən istifadənin vacibliyi vurğulanıb.
Çoxtərəfli platformalar, xüsusilə Birləşmiş Millətlər Təşkilatı (BMT), İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Qoşulmama Hərəkatı (QH) və sair çərçivəsində Azərbaycan və BƏƏ arasında qarşılıqlı dəstək və həmrəyliyə əsaslanan tərəfdaşlığın mövcudluğundan bəhs edilib, BƏƏ tərəfindən ölkəmizin ərazi bütövlüyü və suverenliyinə göstərilən daimi dəstəyə görə minnətdarlıq ifadə edilib.
Enerji təhlükəsizliyi, xüsusilə bərpaolunan enerji istehsalı sahəsində iki ölkənin qarşılıqlı faydalı birgə fəaliyyəti, o cümlədən cari il oktyabrın 26-da Qaradağ Günəş Elektrik Stansiyasının açılış mərasiminin keçirilməsinin bu istiqamətdə BƏƏ-nin “Masdar” şirkəti ilə reallaşdırılması nəzərdə tutulan layihələr üçün uğurlu başlanğıc olacağına dair inam ifadə edilib.
Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri, habelə Azərbaycan və Ermənistan arasında normallaşma və sülh gündəliyinin irəlilədilməsi istiqamətində fəaliyyət barədə qarşı tərəf ətraflı məlumatlandırılıb.
BƏƏ tərəfi işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma işləri çərçivəsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi regionlarında mümkün investisiya imkanlarından yararlanmağa dəvət edilib.
Bölgədə sülh və reinteqrasiya prosesləri barədə qarşı tərəfi ətraflı məlumatlandıran nazir Ceyhun Bayramov ölkəmiz tərəfindən həyata keçirilən antiterror tədbirləri nəticəsində sülh danışıqları, habelə Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyasının qarşısındakı maneələrin aradan qaldırıldığını, bu istiqamətdə sülh quruculuğu prosesi üçün yeni imkanların yarandığını bildirilib.
Ölkəmizin hər zaman olduğu kimi, bölgədə dayanıqlı sülhün bərqərar edilməsi üçün yaranmış bu münbit şəraitdə də sülh gündəliyinin irəlilədilməsində qərarlı olduğu vurğulanıb.
Nazir Abdullah bin Zayed Al Nəhyan iki ölkə arasında qarşılıqlı səfərlərin əməkdaşlığın inkişafında müstəsna rol oynadığını qeyd edərək, bu kimi təmasların münasibətlərin inkişaf perspektivlərinin müzakirəsinə töhfə verdiyini diqqətə çatdırıb.
BƏƏ-nin Azərbaycanla ikitərəfli, o cümlədən çoxtərəfli əməkdaşlıq gündəliyinin daha da genişləndirilməsində maraqlı olduğu vurğulanıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
UEFA Rusiyanı Millətlər Liqasından kənarlaşdırıb
Bakıda keçirilən güləş üzrə dünya çempionatına yekun vurulub
İstanbulda İƏT-in Daimi Komitəsinin Nazirlər Toplantısı keçirilir
Minifutbol çempionatında yeni mövsümün püşkü atılıb
Paytaxt sakini “Kalaşnikov” avtomatı ilə saxlanılıb
COP28: 20 ölkə nüvə enerjisini üç dəfə artırmağa çağırıb
Sabah Bakıda 22° isti olacaq
ABŞ Yaşıl İqlim Fonduna 3 milyard dollar ayıracaq
Sahibə Qafarova Çexiya Senatının sədri ilə görüşüb
Almaniyada əlverişsiz havaya görə "Bavariya"nın oyunu təxirə salınıb
İlham Əliyev Laos prezidentini təbrik edib
Praqada Azərbaycan və Çexiya
parlament sədrlərinin görüşü olub
Dünya çempionatı:Bu gün 5 güləşçimiz xalça üzərinə çıxacaq
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb
Paytaxtda “Kalaşnikov” avtomatı satan şəxs saxlanılıb
Abşeronda ətraf mühiti çirkləndirən mebel sexinin sahibi cərimələnib
Şəkidə “Ford” dərəyə aşıb, xəsarət alan var
Dünya çempionatı:Kişi güləşçilərimiz 5 medal qazanıblar
Sahibə Qafarova Çexiyaya səfərə gedib
"İnterpol"la axtarılan daha bir şəxs Azərbaycana ekstradisiya olunub
Belqrad-Bakı birbaşa aviareysi açılır
Qubada avtomobil su kanalına düşüb
Azərbaycanda qızılcaya yoluxma halları artır
Azərbaycanda pul bazası 18 milyard manat ötür
Dünya çempionatı:Daha iki güləşçimiz medal qazanıb