Anomal istilər noyabrın ilk günlərində də davam edəcək
Bəzi Avropa ölkələrində oktyabr ayının sonu anomal isti keçib. Son günlər qeyri-adi isti Londonda, Budapeştdə qeydə alınıb (+21°C). Adətən ilin bu dövründə hava kəskin soyuyur və yağış yağmağa başlayır. Lakin bu il İspaniyanın cənub sahillərində çimərlik mövsümü hələ də davam edir. Payızın isti keçməsindən əhali məmnun olsa da, alimlər o qədər də optimist deyillər və bunların hamısının iqlim dəyişmələrinin xəbərdarlıq əlamətləri olduğunu xatırladırlar.
YeniAvropa xəbər verir ki, bu barədə ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva bildirib.
Onun sözlərinə görə, adətən payızın ortalarında atmosfer sirkulyasiyasında dəyişikliklər baş verir, soyuq arktik hava kütlələrinin ölkəyə axını sentyabr ayına nisbətən daha tez-tez müşahidə olunur. Lakin nəzərə alsaq ki, havanın istiliyi hətta Sibirdə gün ərzində müsbət 15 dərəcəyə çatıb, o zaman Azərbaycanda belə mülayim havaya təəccüblənməyə dəyməz. Paytaxtda 22 gün ərzində havanın temperaturu iqlim normasından yüksək olub. Oktyabrın 27-də temperatur maksimum 31,4 dərəcə, yəni normadan 7 dərəcə yüksək qeydə alınıb.
Qeyd edək ki, bu ilin oktyabr ayı temperatur baxımından instrumental müşahidələr tarixində ən isti keçən, 2012-ci ilin oktyabr ayına yaxın olub. Həmin il paytaxtda havanın orta aylıq temperaturu 19,2 dərəcəyə çatıb. Lakin 2012-ci ildə rekord temperatur oktyabr ayının əvvəlində 32,7 dərəcə, son günlərində isə 21 dərəcə qeydə alınıb. 2023-cü ildə isə bunun əksi olaraq ayın sonunda artıq 2012-ci illə müqayisədə temperatur demək olar ki, 10 dərəcə yüksəkdir. Buna görə də 2023-cü ilin oktyabrını əminliklə ən isti ay adlandırmaq olar.
Nazir müavininin sözlərinə görə, anomal sinoptik şərait nəticəsində, yağıntıların mövsümi paylanması qanunauyğunluğu da pozulur: “Məsələn, bu ay ərzində Abşerona cəmi 8 millimetr yağıntı düşüb ki, bu da hətta iyun ayı normasından da azdır. Adətən oktyabr ayında təxminən 28 millimetr yağıntı qeydə alınır. Yağıntının miqdarı dağətəyi ərazilərdə oktyabr ayında adətən 120 millimetrə yaxın olduğu halda, bu il 44 millimetrə qədər qeydə alınıb ki, bu da yay fəsli normasının hətta yarısından da azdır.
Artıq altıncı aydır ki, okeanlarda rekord yüksək temperatur qeydə alınıb. Beləliklə, noyabr-dekabr aylarında ciddi dəyişikliklər olmasa, o zaman dünya alimlərinin fikrincə, 2023-cü il ən isti il ola bilər.
Noyabrın ilk günlərinə gəlincə, temperaturda ciddi dəyişikliklər proqnozlaşdırılmır. Oktyabr ayının tendensiyası noyabr ayının ilk günlərində də davam edəcək. Havanın temperaturunun 20-24 dərəcə isti olacağı gözlənilir ki, bu da noyabrın iqlim normasından yüksəkdir”.
"COP 29" gələn il Azərbaycanda keçiriləcək
"İnterpol"la axtarılan şəxs Azərbaycana ekstradisiyası edilib
Brüsseldə Azərbaycan-Aİ əməkdaşlığı müzakirə edilib
Audiovizual Şura televiziya kanallarına xəbərdarlıq edib
Qusarda mikroavtobus dərəyə aşıb: Xəsarət alanlar var
UEFA prezidentinin səlahiyyət müddəti uzadılır?
AQTA Bərdədə nöqsanlı çörək sexini basğlatdırıb
Prokurorluq 92 ağacın kəsilməsinə görə cinayət işi başlayıb
Azərbaycan və Oman XİN-ləri siyasi məsləhətləşmələr aparıblar
Lənkəran bələdiyyə sədrinin cinayət işi məhkəməyə göndərilib
Prokurorluq paytaxt sakininin intihar etməsi faktını araşdırır
Xəbərdarlıq: Temperatur 5° aşağı enəcək, qar yağacaq
Xəzər dənizində zəlzələ olub
Ədliyyə orqanlarına qəbulla bağlı test imtahanı keçiriləcək
Ötən həftə Azərbaycanda 17 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb
Sabah Bakıda 10° isti olacaq
İlham Əliyev Yardımlıda yol tikintisinə 1,7 milyon manat ayırdı
Azərbaycanda minatəmizləyən texnikalar istehsal olunacaq
Prezident Qaradağ rayonunda yol təmirinə 400 min manat ayırdı
İlham Əliyev Gürcüstanın parlament sədrini qəbul edib
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
Azərbaycanda illik inflyasiya 9,4% təşkil edib
Qazaxıstan cari ildə Bakı limanı vasitəsi ilə 1,2 milyon ton neft nəql edib
Azərbaycanda məktəbəqədər təhsillə bağlı əsas hədəflər açıqlanıb
Bakıda qanunsuz tikililər sökülüb