Zakir Həsənov Çinin müdafiə sənayesi kompleksinə daxil olan şirkət rəhbərləri ilə görüşüb
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun Çin Xalq Respublikasına işgüzar səfəri davam edir.
YeniAvropa xəbər verir ki, bu barədə Nazirlikdən bildirilib.
Səfər çərçivəsində general-polkovnik Z.Həsənov Azərbaycanın Çin Xalq Respublikasındakı səfirliyini ziyarət edib.
Sonra müdafiə naziri Çinin müdafiə sənayesi kompleksinə daxil olan bir neçə şirkət rəhbərləri ilə görüşüb.
Ölkəmizin Çindəki fövqəladə və səlahiyyətli səfiri Bünyad Hüseynovun da iştirak etdiyi görüşlərdə birgə əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.