Azərbaycan X Syanşan Forumunda təmsil olunur
Pekində “Ümumi təhlükəsizlik, davamlı sülh” mövzusunda 10-cu Syanşan Forumu keçirilir. Oktyabrın 30-da forumun açılış mərasimi təşkil olunub.
YeniAvropa xəbər verir ki, Çinin Milli Müdafiə Nazirliyinin və Hərbi Elmlər Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən foruma dünyanın təxminən 100 ölkəsindən nazir və digər səviyyədə rəsmilər, beynəlxalq və regional təşkilatların, analitik mərkəzlərin rəhbər şəxsləri, yüksək rütbəli hərbçilər qatılıb. Müdafiə naziri Zakir Həsənovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti forumda iştirak edir.
Açılış mərasimində çıxış edən Çin ordusunun idarəetmə orqanı olan Mərkəzi Hərbi Şuranın sədr müavini Can Yousia beynəlxalq təhlükəsizliyin qorunmasında bütün ölkələrin iştirakının vacibliyini vurğulayıb, bu cür forumların dünyada təhlükəsizlik məsələlərinin müzakirəsi baxımından əhəmiyyətimi qeyd edib.
Forum işini pıenar iclaslarla davam etdirir.
Qeyd edək ki, 2006-cı ildən keçirilən ənənəvi Syanşan Forumu yüksək rütbəli hərbçilərin, dövlət rəsmilərinin, tədqiqatçıların, ekspertlərin iştirakı ilə dünyada, xüsusən də Asiya-Sakit okean regionunda təhlükəsizlik məsələlərinin müzakirəsi üçün platforma rolunu oynayır. İki gün davam edəcək forumda müxtəlif mövzular müzakirə olunacaq.
"COP 29" gələn il Azərbaycanda keçiriləcək
"İnterpol"la axtarılan şəxs Azərbaycana ekstradisiyası edilib
Brüsseldə Azərbaycan-Aİ əməkdaşlığı müzakirə edilib
Audiovizual Şura televiziya kanallarına xəbərdarlıq edib
Qusarda mikroavtobus dərəyə aşıb: Xəsarət alanlar var
UEFA prezidentinin səlahiyyət müddəti uzadılır?
AQTA Bərdədə nöqsanlı çörək sexini basğlatdırıb
Prokurorluq 92 ağacın kəsilməsinə görə cinayət işi başlayıb
Azərbaycan və Oman XİN-ləri siyasi məsləhətləşmələr aparıblar
Lənkəran bələdiyyə sədrinin cinayət işi məhkəməyə göndərilib
Prokurorluq paytaxt sakininin intihar etməsi faktını araşdırır
Xəbərdarlıq: Temperatur 5° aşağı enəcək, qar yağacaq
Xəzər dənizində zəlzələ olub
Ədliyyə orqanlarına qəbulla bağlı test imtahanı keçiriləcək
Ötən həftə Azərbaycanda 17 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb
Sabah Bakıda 10° isti olacaq
İlham Əliyev Yardımlıda yol tikintisinə 1,7 milyon manat ayırdı
Azərbaycanda minatəmizləyən texnikalar istehsal olunacaq
Prezident Qaradağ rayonunda yol təmirinə 400 min manat ayırdı
İlham Əliyev Gürcüstanın parlament sədrini qəbul edib
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
Azərbaycanda illik inflyasiya 9,4% təşkil edib
Qazaxıstan cari ildə Bakı limanı vasitəsi ilə 1,2 milyon ton neft nəql edib
Azərbaycanda məktəbəqədər təhsillə bağlı əsas hədəflər açıqlanıb
Bakıda qanunsuz tikililər sökülüb