Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov Astanada bu ölkənin milli iqtisadiyyat naziri Alibek Kuantırovla görüşüb.
YeniAvropa xəbər verir ki, bu barədə səfirliyin mətbuat xidməti məlumat yayıb.
“Səfir Ağalar Atamoğlanov Qazaxıstanın milli iqtisadiyyat naziri A.Kuantırovla görüş keçirmişdir. Azərbaycanla Qazaxıstan arasında əməkdaşlığın iqtisadiyyatın müxtəlif sahələrində müsbət dinamikası vurğulanıb, ölkələrimiz arasında iqtisadi münasibətlərin bundan sonra da möhkəmləndiriləcəyinə əminlik ifadə edilib”, – deyə məlumatda bildirilib.