Azərbaycan XİN Cozef Borelin bəyanatına cavab verib
Avropa İttifaqının hazırkı hərbi eskalasiyanın səbəblərini, eləcə də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın suveren ərazilərində həm mülki əhaliyə, həm də hərbçilərə qarşı həyata keçirdiyi qanunsuz fəaliyyətə son qoymaq üçün Azərbaycan tərəfindən atılan addımları qəsdən təhrif edən bəyanatı bizi təəssüfləndirdi.
YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borelin Azərbaycan Silahlı Qüvvələri tərəfindən aparılan antiterror tədbirləri ilə bağlı bəyanatına dair şərhində bildirilib.
Qeyd edilib ki, hazırda Azərbaycanın həyata keçirdiyi hərbi antiterror tədbirləri Ermənistanın qanunsuz silahlı birləşmələri tərəfindən bir sıra irimiqyaslı hərbi təxribatlara və bir gündə erməni qüvvələrinin təxribatçı hərəkətləri nəticəsində baş verən mina partlayışında iki dinc sakinin və dörd hərbçinin həlak olmasına səbəb olan terror aktlarına qarşı yönəlib. Həmçinin minaatan hücumları nəticəsində iki hərbçimiz yaralanıb.
Üçtərəfli Bəyanatın müddəalarına zidd olaraq ərazilərimizi boşaltmayan Ermənistan silahlı qüvvələri tərəfindən törədilə biləcək mümkün irimiqyaslı təxribatların qarşısını almaq üçün Azərbaycan tərəfindən antiterror tədbirləri görülüb.
“Azərbaycanın suveren ərazilərində beynəlxalq hüquqa zidd olan hər hansı hərbi mövcudluq regional sülhə və təhlükəsizliyə ciddi təhdiddir və Azərbaycanın bugünkü addımları bu qanunsuz qüvvələrin çıxarılmasına və qondarma rejimin buraxılmasına yönəlib. Azərbaycan dinc erməni sakinlərə hücum etmir və bu barədə istənilən iddia əsassız və qəbuledilməzdir.
Azərbaycan bütün sakinlərini, o cümlədən erməniəsilli sakinləri qorumağa və bütün Azərbaycan ərazisində öz Konstitusiya quruluşunu bərpa etməyə tam sadiqdir”, - deyə XİN-in şərhində vurğulanıb.
İlham Əliyev Almaniya prezidentini təbrik edib
Bu gün paytaxtın bir hissəsində su olmayacaq
Sinoptiklərdən Bakıda güclü külək və leysan xəbərdarlığı
UEFA Çempionlar Liqası: “Qalatasaray” “Mançester Yunayted”ə qarşı
Xidmət müddəti başa çatan hərbi qulluqçular tərxis olunub
Bakıda yaşayış binasında yanğın:1 nəfərin meyiti tapılıb
Suqovuşan və Talışın işğaldan azad edilməsindən üç il ötür
Prezident turizm sahəsində fərqlənənləri təltif edib
Bakıda Avropa çempionatının açılış mərasimi keçirilib
Mərkəzi Bankın valyuta ehtiyatları 9,8 milyard dollara çatır
İlham Əliyev və xanımı ICESCO-nun baş direktoru ilə görüşüblər
Nərimanovda polis əməliyyatı:7 nəfər tutuldu
Azərbaycan daha bir neçə beynəlxalq sənədlərə qoşulur
Azərbaycanın ən sürətli şəbəkəsi indi Xankəndi şəhərində
Azərbaycan-Gürcüstan müdafiə sahəsində əməkdaşlıq Sazişi təsdiqlənib
Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun adı dəyişdirilir
Qazaxıstanın hərbi gəmiləri Bakı buxtasına yan aldılar
Xocalıda 100 hektarlıq narkotik plantasiyası aşkarlanıb
Sabah Bakıda arabir yağış yağacaq. 26° isti olacaq
UEFA-nın dəstəyi ilə Şamaxıda futbol festivalı keçirilib
“Aztelekom” Xankəndi və Xocalıda genişzolaqlı internet şəbəkəsi qurur
Azərbaycanda 8 qadın prokuror rəhbər vəzifədə çalışır
İslahatlar QHT-lərə də çatdı: böyük dəyişikliklər var
“Qarabağ” “Neftçi”nin rekordunu təkrarlayıb
Milli Məclisin payız sessiyasında ilk plenar iclası keçirilir