logo

Astarada bir neçə kəndi birləşdirən yol çöküb

12:44 19-09-2023 | icon 6958
Astarada bir neçə kəndi birləşdirən yol çöküb

Ötən gün axşam Astara rayonunun Şağlazüzə kəndində yol uçqunu baş verib, Siyokəş kəndinə gedən körpü dağılıb.

 YeniAvropa xəbər verir ki, sel suları Astara rayonunun Şağlazüzə kəndində bir sıra fəsadlar törədib. Pensər- Şağlazüzə-Şamətük kəndlərini birləşdirən yol çöküb, nəqliyyatın hərəkəti dayanıb. Şağlazüzə-Siyokəş yolunu birləşdirən körpü də dağılıb.

Körpü və yolların dağılmasına görə şagirdlərin məktəbə gediş-gəlişi çətinləşib.