logo

Azərbaycan internetin sürətinə görə 120-ci yerdədir

15:55 18-09-2023 | icon 1701
Azərbaycan internetin sürətinə görə 120-ci yerdədir

Bu ilin avqust ayında Azərbaycan sabit genişzolaqlı internetin median sürətinə görə 182 ölkə arasında 28,7 Mb/s sürətlə 120-ci yerdə qərarlaşıb.

YeniAvropa “Speedtest Global Index”in hesabatına istinadla xəbər verir ki, ölkəmiz avqustda mobil internetin sürətinə görə isə 145 ölkə arasında 42,94 Mb/s sürətlə 54-cü yerdə qərarlaşıb. Bu isə iyula nisbətən 2 pillə irəliləmək deməkdir. Mobil internetin sürətinə görə birinci yeri Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) (210,89 MB/S), sonuncu - 145-ci yeri isə Kuba (4,34 Mb/s) tutub.

Sabit genişzolaqlı internetin sürətinə görə birinci yeri Sinqapur (254,65 Mb/s), sonuncu yeri isə Kuba (1,95 Mb/s) tutub.

Hesabata əsasən, avqustda Bakı şəhəri mobil internetin sürətinə görə sabit qalaraq 45,5 MB/S sürətlə 171 şəhər arasında 73-cü yerə sahiblik edib.

Şəhərlər arasında mobil internetin sürətinə görə birinci yeri 259,65 Mb/s sürətlə Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhəri, sonuncu yeri isə 4,11 Mb/s sürətlə Kubanın Havana şəhəri tutub. Azərbaycan paytaxtı sabit genişzolaqlı internetin sürətinə görə isə 29,21 Mb/s sürətlə 141-ci pillədə qərarlaşıb ki, bu da 3 pillə geriləmədir.

Şəhərlərin sabit genişzolaqlı internet üzrə reytinqində isə 193 şəhər rəqabət aparıb. Siyahıya BƏƏ-nin paytaxtı Əbu-Dabi şəhəri 280,24 Mb/s sürətlə liderlik edib. Kubanın paytaxtı Havana şəhəri isə 1,88 Mb/s sürətlə sonuncu olub.