Sentyabrın 15-də Bakıda Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 33-cü iclası keçirilir.
YeniAvropa xəbər verir ki,iclasda Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan və Rusiyanın Baş prokurorları, MDB Baş prokurorların Əlaqələndirmə Şurasının icraçı katibi, eləcə də MDB Katibliyi və MDB-nin Antiterror mərkəzinin məsul şəxsləri iştirak edirlər.
Baş prokuror Kamran Əliyev bu tədbirin təşkilatın tarixində ilk dəfədir ki, Bakıda keçirildiyini deyib.
Baş Prokuror bu görüşün ölkələrimizin prokurorluq orqanları arasında cinayətkarlıqla mübarizə, qanunun və asayişin təmin edilməsi, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi üzrə əməkdaşlığın inkişafına əlavə impuls verəcəyinə əminliyini ifadə edib.
Sonra K.Əliyev Azərbaycan prezidenti İlham Əliyevin iclas iştirakçılarına müraciətini səsləndirib.