Ceyhun Bayramov BMT-də akkreditə olunan jurnalistlər üçün brifinq keçirib
Sentyabrın 13-də xarici işlər naziri Ceyhun Bayramovun İsveçrə Konfederasiyasına işgüzar səfəri çərçivəsində BMT-də Akkreditə Olunmuş Müxbirlər Assosiasiyasında (ACANU) aparıcı media qurumları üçün brifinqi təşkil olunub.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindənYeniAvropa-ya bildirilib ki, brifinqdə çıxış edən nazir Ceyhun Bayramov Azərbaycan Respublikasının xarici siyasət gündəliyində duran aktual məsələlər, postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və Azərbaycan və Ermənistan arasında normallaşma prosesi barədə iştirakçıları ətraflı məlumatlandırıb, jurnalistlərin çoxsaylı suallarını cavablandırıb.
Nazir 44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqaz regionunda yaranmış yeni reallıqların fonunda ölkəmizin hazırkı Azərbaycan-Ermənistan normallaşma və sülh gündəliyinin təşəbbüskarı və irəli aparılmasında maraqlı tərəf olduğunu qeyd edib.
Dövlətlərarası istiqamətə paralel olaraq, ölkəmiz daxilində işğaldan azad olunmuş ərazilərimizdə genişmiqyaslı bərpa və quruculuq işlərinin sürətlə davam etdirildiyi, habelə Qarabağ bölgəsində yaşayan erməni sakinlərin cəmiyyətimizə reinteqrasiyası ilə bağlı təşəbbüslərin həyata keçirilməsi istiqamətində fəaliyyət aparıldığı bildirilib.
Ermənistanın ərazilərimizin işğalı nəticə yaratdığı qondarma rejimin sentyabrın 9-da “seçki” adı altında təxribatlarının erməni sakinlərin nümayəndəsi ilə dialoq səylərinə qarşı növbəti zərbə olduğu diqqətə çatdırılıb.
Nazir Ceyhun Bayramov ölkəmizin konstruktiv mövqeyi və addımlarının qarşılığında Ermənistan tərəfinin davamlı hərbi-siyasi təxribatlar törətməsinin, öhdəliklərinə zidd olaraq suverenliyimiz və ərazi bütövlüyümüzə qarşı davranış sərgiləməsinin, mina təhdidini davam etdirməsinin, əsassız iddialarla ölkəmizə qarşı qarayaxma kampaniyası aparılmasının müşahidə olunduğunu qeyd edib.
Ermənistanın Azərbaycan ərazilərindən hələ də çıxarmadığı erməni silahlı qüvvələrinin bölgədə sülhə və təhlükəsizliyə təhdid olduğu vurğulanıb.
Ağdam-Xankəndi və Laçın-Xankəndi yolundan yüklərin daşınması üçün paralel istifadə barədə razılıqlara baxmayaraq Ermənistan tərəfinin qondarma rejim vasitəsilə bu razılıqları yerinə yetirmədiyi xarici media nümayəndələrinin diqqətinə çatdırılıb.
Ermənistanın baş nazirinin qondarma rejimi sentyabrın 2-də təbrik etməsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı davam edən iddiaların sübutu olduğu vurğulanıb.
Münaqişənin başa çatmasının ilk günlərindən etibarən Azərbaycanın mövqeyinin və niyyətinin aydınlığına baxmayaraq bir sıra beynəlxalq aktorların, habelə media orqanlarının Ermənistanın manipulyasiyalarına, o cümlədən Laçın yolu ətrafında vəziyyətlə bağlı “gərgin humanitar vəziyyət”, “blokada” iddialarına aldanıb ölkəmizə qarşı aparılan kampaniyanın alətinə çevrilməsinin təəssüf doğurduğu bildirilib.
Nazir Ceyhun Bayramov bölgədəki vəziyyət və reallıqların düzgün, qərəzsiz şəkildə çatıdırılmasında beynəlxalq media qurumlarının və nümayəndələrinin məsuliyyətinin böyük olduğunu diqqətə çatdırıb.
İlham Əliyev Almaniya prezidentini təbrik edib
Bu gün paytaxtın bir hissəsində su olmayacaq
Sinoptiklərdən Bakıda güclü külək və leysan xəbərdarlığı
UEFA Çempionlar Liqası: “Qalatasaray” “Mançester Yunayted”ə qarşı
Xidmət müddəti başa çatan hərbi qulluqçular tərxis olunub
Bakıda yaşayış binasında yanğın:1 nəfərin meyiti tapılıb
Suqovuşan və Talışın işğaldan azad edilməsindən üç il ötür
Prezident turizm sahəsində fərqlənənləri təltif edib
Bakıda Avropa çempionatının açılış mərasimi keçirilib
Mərkəzi Bankın valyuta ehtiyatları 9,8 milyard dollara çatır
İlham Əliyev və xanımı ICESCO-nun baş direktoru ilə görüşüblər
Nərimanovda polis əməliyyatı:7 nəfər tutuldu
Azərbaycan daha bir neçə beynəlxalq sənədlərə qoşulur
Azərbaycanın ən sürətli şəbəkəsi indi Xankəndi şəhərində
Azərbaycan-Gürcüstan müdafiə sahəsində əməkdaşlıq Sazişi təsdiqlənib
Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun adı dəyişdirilir
Qazaxıstanın hərbi gəmiləri Bakı buxtasına yan aldılar
Xocalıda 100 hektarlıq narkotik plantasiyası aşkarlanıb
Sabah Bakıda arabir yağış yağacaq. 26° isti olacaq
UEFA-nın dəstəyi ilə Şamaxıda futbol festivalı keçirilib
“Aztelekom” Xankəndi və Xocalıda genişzolaqlı internet şəbəkəsi qurur
Azərbaycanda 8 qadın prokuror rəhbər vəzifədə çalışır
İslahatlar QHT-lərə də çatdı: böyük dəyişikliklər var
“Qarabağ” “Neftçi”nin rekordunu təkrarlayıb
Milli Məclisin payız sessiyasında ilk plenar iclası keçirilir