Bolqarıstan prezidenti Milli Məclisin sədrini qəbul edib
Bolqarıstan Respublikasının prezidenti Rumen Radev Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya bildirilib ki, görüşdə prezident Rumen Radev Azərbaycanın və Bolqarıstanın, sadəcə, strateji tərəfdaş deyil, həm də çox yaxın ölkələr olduğunu qeyd edib. O, ölkələrimiz arasında yüksək səviyyəli siyasi dialoqun müntəzəm xarakter daşıdığını diqqətə çatdırıb. Azərbaycanın və Bolqarıstanın beynəlxalq müstəvidə baş verən bir çox proseslərə eyni baxışlara malik olduğunu deyən dövlət başçısı ikitərəfli münasibətlərin inkişafında yüksək səviyyəli səfərlərin əhəmiyyətini qeyd edib.
R.Radev digər sahələrdə olduğu kimi, parlamentlər arasında əməkdaşlığın da vacibliyinə diqqət çəkərək bu istiqamətdə təmasların sıxlaşdırılmasının ikitərəfli münasibətlərin daha da inkişafına töhfə verəcəyini bildirib. O, həmçinin regionda sülh və təhlükəsizliyin təmin olunmasını istədiklərini, sülh danışıqlarını dəstəklədiklərini diqqətə çatdırıb.
Prezident Rumen Radev Azərbaycan qazının artıq Bolqarıstana çatdığını, strateji tərəfdaşlıq münasibətlərimizin yalnız enerji sahəsini əhatə etmədiyini, ölkələrimiz arasında digər sahələrdə də uğurlu əlaqələr mövcud olduğunu vurğulayıb.
“Həmrəylik Halqası – STRİNG” layihəsinin ölkələrimizin birgə təşəbbüsü olduğunu deyən prezident Rumen Radev, həmçinin bildirib ki, SOCAR-ın Bolqarıstanda ofisinin açılması da bu sahədə uğurlu əməkdaşlığı göstərir. O, eyni zamanda, ölkələrimiz arasında yaşıl enerji sahəsində də əməkdaşlıq üçün yaxşı imkanların olduğunu qeyd edib.
Milli Məclisin sədri Sahibə Qafarova prezident İlham Əliyevin salamlarını Bolqarıstanın dövlət başçısına çatdırıb. O, dövlət başçılarının qarşılıqlı səfərlərinin, aparılan müsbət danışıqların ölkələrimiz arasında münasibətlərin inkişafında vacib rolunu qeyd edib. Parlament sədri deyib ki, Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru bu əməkdaşlıqda yeni səhifə açıb.
S.Qafarova bildirib ki, Azərbaycan ilə Bolqarıstan parlamentləri arasında əməkdaşlığın inkişafında qarşılıqlı səfərlər mühüm rol oynayır. O, həmçinin parlamentlərimizin müxtəlif beynəlxalq parlament təşkilatları çərçivəsində sıx əməkdaşlığının daha da inkişafı üçün yaxşı imkanlar olduğunu, dostluq qruplarının birgə fəaliyyətinin bu istiqamətdə önəmini vurğulayıb. Qeyd olunub ki, dostluq qrupları müntəzəm təmaslar, dialoq və fikir mübadiləsi ilə parlamentlərimiz arasında körpü rolunu oynayır.
Azərbaycan parlamentinin sədri, həmçinin parlament komitələrinin işi vasitəsilə parlamentlər arasında əlaqələrin daha da dərinləşdirilməsi imkanları barədə də danışıb.
Görüşdə Vətən müharibəsində Azərbaycanın Qələbəsindən sonra regionda yaranmış vəziyyət barədə məlumat verilib, Qarabağda qondarma rejimin “prezident seçkiləri”nin ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün, Konstitusiyasının və qanunvericiliyinin, habelə beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması olduğunu qeyd edilib.
Söhbət zamanı humanitar sahədə də əməkdaşlığın vacibliyini diqqətə çatdırılıb, bu əlaqələrin zəngin tarixə malik olduğu bildirilib. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
İlham Əliyev Almaniya prezidentini təbrik edib
Bu gün paytaxtın bir hissəsində su olmayacaq
Sinoptiklərdən Bakıda güclü külək və leysan xəbərdarlığı
UEFA Çempionlar Liqası: “Qalatasaray” “Mançester Yunayted”ə qarşı
Xidmət müddəti başa çatan hərbi qulluqçular tərxis olunub
Bakıda yaşayış binasında yanğın:1 nəfərin meyiti tapılıb
Suqovuşan və Talışın işğaldan azad edilməsindən üç il ötür
Prezident turizm sahəsində fərqlənənləri təltif edib
Bakıda Avropa çempionatının açılış mərasimi keçirilib
Mərkəzi Bankın valyuta ehtiyatları 9,8 milyard dollara çatır
İlham Əliyev və xanımı ICESCO-nun baş direktoru ilə görüşüblər
Nərimanovda polis əməliyyatı:7 nəfər tutuldu
Azərbaycan daha bir neçə beynəlxalq sənədlərə qoşulur
Azərbaycanın ən sürətli şəbəkəsi indi Xankəndi şəhərində
Azərbaycan-Gürcüstan müdafiə sahəsində əməkdaşlıq Sazişi təsdiqlənib
Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun adı dəyişdirilir
Qazaxıstanın hərbi gəmiləri Bakı buxtasına yan aldılar
Xocalıda 100 hektarlıq narkotik plantasiyası aşkarlanıb
Sabah Bakıda arabir yağış yağacaq. 26° isti olacaq
UEFA-nın dəstəyi ilə Şamaxıda futbol festivalı keçirilib
“Aztelekom” Xankəndi və Xocalıda genişzolaqlı internet şəbəkəsi qurur
Azərbaycanda 8 qadın prokuror rəhbər vəzifədə çalışır
İslahatlar QHT-lərə də çatdı: böyük dəyişikliklər var
“Qarabağ” “Neftçi”nin rekordunu təkrarlayıb
Milli Məclisin payız sessiyasında ilk plenar iclası keçirilir