Azərbaycan-Macarıstan əməkdaşlığı müzakirə edilib
Macarıstanın baş naziri Viktor Orban bu ölkədə səfərdə olan iqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edib.
İqtisadiyyat Nazirliyindən YeniAvropa-ya bildirilib ki, qəbulda Macarıstanla aparılan müzakirələrin vacibliyi vurğulanıb, əldə edilən razılaşmaların uğurla həyata keçirilməsindən məmnunluq ifadə olunub, Azərbaycan-Macarıstan münasibətlərinin inkişaf dinamikası, iqtisadi əməkdaşlığın perspektivləri və birgə layihələr üzrə tərəfdaşlığın səmərəli nəticələri barədə fikir mübadiləsi aparılıb.
Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto və iqtisadi inkişaf naziri Marton Nadın da iştirak etdiyi görüşdə Viktor Orban ölkəsinin enerji təhlükəsizliyi baxımından Azərbaycanla əməkdaşlığının əhəmiyyətinə toxunub, həmçinin bir sıra Macarıstan şirkətlərinin fəaliyyətinin Azərbaycanda uğurla genişləndiyini, digər macar şirkətlərinin də Azərbaycanda investisiya planlarının gündəlikdə olduğunu vurğulayıb.
Qeyd edilib ki, tərəfdaşlığın genişlənməsi qarşılıqlı marağın göstəricisidir ki, Azərbaycan-Macarıstan ticarət dövriyyəsi artır, faydalı investisiya əməkdaşlığı həyata keçirilir. Bildirilib ki, energetika, sənaye, nəqliyyat, informasiya texnologiyaları, kənd təsərrüfatı, ticarət, təhsil və s. sahələrdə əlaqələrin gücləndirilməsi üçün imkanlar böyükdür və hər iki ölkə bu potensialın reallaşdırılması üçün zəruri tədbirlər görür.
Səfər çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb.
Tərəflər Azərbaycan-Macarıstan əlaqələrinin strateji tərəfdaşlıq prinsiplərinə əsaslandığını, hər iki ölkə rəhbərliyinin əməkdaşlığın inkişafına, mövcud potensialdan səmərəli istifadəyə xüsusi önəm verdiklərini vurğulayıblar.
Görüşdə Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizləri, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Ələt Azad İqtisadi Zonasının imkanları barədə də məlumat verilib, Macarıstan şirkətləri ölkəmizin əlverişli biznes mühitindən, tranzit potensialından yararlanmağa dəvət edilib.
Latviya və Polşa Rusiya milliləri ilə oyunları boykot edib
Sahibə Qafarova İrlandiyaya səfərə gedib
İlham Əliyev ABŞ prezidentinin xüsusi nümayəndəsini qəbul edib
Fransa prezidentinin bəyanatı təhrikçilikdir-Mariya Zaxarova
Qarabağda müsadirə edilmiş döyüş texnikası, silah və sursat - SİYAHI
8 ayda Azərbaycana gələn 1,3 milyon turistin 1/3-i Rusiyadan olub
Sahibkarlar üçün bank hesablarının açılması qaydası dəyişir
Lənkəranda 35 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb
Bakıda Çin şirkətlərinin məhsullarının sərgi təşkil ediləcək
Xankəndiyə növbəti dəfə yanacaq göndərilib
Naxçıvanda Azərbaycan-Türkiyə 3-cü Enerji Forumu keçiriləcək
Ruben Vardanyan Laçın postunda saxlanılaraq Bakıya gətirilib
İlham Əliyev BMT-nin Məskunlaşma Proqramının icraçı direktorunu qəbul edib
AFFA Qurban Qurbanovu cəzalandırıb
XİN BMT-nin insan hüquqları üzrə ali komissarına cavab verib
Bu gün paytaxtın bir hissəsində su olmayacaq
Sabah Bakıda 27° isti olacaq
ABŞ səfirliyi Azərbaycana başsağlığı verib
FHN-in 10 avtomobili və 50 nəfərlik heyəti Xankəndiyə yola düşüb
AFFA rəsmisi UEFA-dan yeni təyinat alıb
Ağdam-Xankəndi yolunda şəhidlərin xatirəsida 1 dəqiqəlik sükutla yad edilib
Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb
Antiterror tədbirləri zamanı DİN-in 12 əməkdaşı şəhid olub
Antiterror əməliyyatında şəhid olan 11 nəfərin şəxsiyyəti müəyyən edilməyib
Antiterror tədbirlərində şəhid olmuş hərbi qulluqçuların - SİYAHISI