Yol Polisi dərs ilinin başlanması ilə bağlı əhaliyə müraciət edib
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi yeni tədris ilinin başlanması ilə əlaqədar əhaliyə müraciət edib.
YeniAvropa ya daxil olan müraciətdə deyilir:
“Ölkəmizdə yeni dərs ilinin başlanması küçə və yollarda təhsilalanların, xüsusilə uşaq və yeniyetmələrin yol hərəkəti ilə bağlı həyat və sağlamlıqlarının qorunması işində daha effektiv tədbirlərin görülməsini zəruri edir.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müvafiq göstərişinə əsasən, bu sahədə ardıcıl həyat keçirilən nəzarət-profilaktik tədbirlərin daha da gücləndirilməsi məqsədilə, cari ilin sentyabr ayının 10-dan oktyabr ayının 10-dək respublika ərazisində “Diqqət, uşaqlar!” adı altında hərəkətin təhlükəsizliyi aylığının keçirilməsinə başlanılıb.
Tədbir çərçivəsində təhsilalanların iştirakı ilə baş verə biləcək yol qəzalarının qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlərin gücləndirilməsi, onların hərəkət marşrutlarında, eləcə də təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə yol şəraitinin müayinə edilməsi, mövcud yol nişanlarının, nişanlama xətlərinin yenilənməsi, yeni nizamlama vasitələrinin tətbiq edilməsi, bununla yanaşı uşaq və yeniyetmələr arasında maarifləndirmə və tərbiyəvi-təbliğat xarakterli tədbirlərin gücləndirilməsi və bu sahədə media subyektlərinin, qeyri-hökumət təşkilatlarının imkanlarından geniş istifadə olunması nəzərdə tutulur.
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi yeni tədris ilinin başlaması ilə əlaqədar bütün təhsil ictimaiyyətinə uğurlar arzu edir, eyni zamanda yollarda uşaq travmatizminin minimuma endirilməsi istiqamətində hər birimizi ictimai iştirakçılığa və yol hərəkəti qaydalarına riayət etməkdə azyaşlılara şəxsi nümunə olmağa dəvət edir”.
Sahibə Qafarova Tacikistana işgüzar səfərə gedib
Dünya çempionatı: Azərbaycan millisi bürünc medal üçün oynayacaq
Sabah Bakıda 24° isti olacaq
Laçında Ekoloji məsələlər üzrə işçi qrupunun iclası keçirilir
Rafael Nadal karyerasını bitirəcək
COP29 çərçivəsində İnsan İnkişafı Günü keçiriləcək
Dövlət sərhədini pozmağa cəhd göstərən 6 nəfər saxlanılıb
Paris Sazişinin 6-cı maddəsi üzrə işləri tamamlamaq istədir
AFFA-nın vitse-prezidenti UEFA-dan təyinat alıb
Bakıda “INMerge İnnovasiya Sammiti” keçirilir
3 günlük güclü geomaqnit qasırğası başlanır
Azərbaycan nefti 79,02 dollara satılır
Bakıda "Pre-COP29" tədbiri işə başlayıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 22 nəfər saxlanılıb
Gəncədə "Jiquli" 90 yaşlı piyadanı vuraraq öldürüb
“Azercell” COP29 ərəfəsində “Turist” tariflərini yeniləyib
İlham Əliyev BMT baş katibinin birinci müavinini qəbul edib
Laçın və Şuşada əmək yarmarkaları keçiriləcək
13 boksçumuz Avropa çempionatına yollanır
İlham Əliyev ABŞ prezidentinin baş müşavirini qəbul edib
Dünya çempionatı:Minifutbol millisimiz "pley-off"a vəsiqə qazanıb
“TOST” dələduzluq piramidasına qarşı əməliyyat keçirilib
İlham Əliyev Böyük Britaniyanın beynəlxalq enerji və iqlim nazirini qəbul edib
Gürcüstanın Konstitusiya Məhkəməsi prezidentə "yox" dedi
Sabah Bakıda qısamüddətli yağış yağacaq,26° isti olacaq