logo

Ermənistan-ABŞ birgə hərbi təlimi başlayıb

14:54 11-09-2023 | icon 2898
Ermənistan-ABŞ birgə hərbi təlimi başlayıb

Ermənistan ABŞ sülhməramlıları ilə birgə “Eagle Partner 2023” birgə təlimlərinə başlayıb.

YeniAvropa xəbər verir ki, təlimlərin açılış mərasimi İrəvan yaxınlığındakı Zar təlim mərkəzində baş tutub.

Təlimlərdə 85 amerikalı və 175 erməni hərbçi iştirak edir.

ABŞ Ordusunun Avropa və Afrikadakı komandanlığından bildirilib ki, təlimlər hər iki ölkəyə taktiki səviyyədə əlaqələr qurmağa və sülhməramlı əməliyyatlar üçün bölmələrin qarşılıqlı işləmə qabiliyyətini artırmağa imkan verəcək.

Təlimlər sentyabrın 20-dək davam edəcək.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, Ermənistan və ABŞ arasında hərbi təlimlər regionda vəziyyətin sabitləşməsinə kömək etmir.