Dünyanı sarsıdan 11 sentyabr terrorundan 22 il ötür
Bu gün Amerika Birləşmiş Ştatlarında (ABŞ) törədilmiş dəhşətli terror aktlarının 22 ili tamam olur. 2001-ci il sentyabrın 11-də ABŞ-ın Vaşinqton və Nyu-York şəhərlərində minlərlə dinc və günahsız insanın ölümünə səbəb olmuş dəhşətli terror aktları həyata keçirilib.
YeniAvropa xəbər verir ki, dünya tarixində misli görünməmiş bu terror aktı nəticəsində təxminən 3 min insan həlak olub.
Rəsmi məlumatlarda bildirilir ki, 2001-ci il sentyabrın 11-də səhər saatlarında “Boeing 767” tipli iki təyyarə Ümumdünya Ticarət Mərkəzinin Nyu-York şəhərindəki 110 mərtəbəli qoşa binalarına, “Boeing 757” tipli üçüncü təyyarə isə Vaşinqtonda yerləşən ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) binasına çırpılıb.
“Boeing 757” tipli dördüncü təyyarə isə Pitsburq şəhərindən 80 mil məsafədə yerə düşüb. “American Airlines” və “United Airlines” aviaşirkətlərinə məxsus həmin təyyarələrin terrorçu-kamikadzelər tərəfindən qaçırıldığı bildirilir.
Terror aktı nəticəsində Nyu-York şəhərinə dəyən zərərin ümumi həcminin 36 milyard dollar olduğu açıqlanıb.
Hadisənin araşdırılması ilə ABŞ-a terror hücumları üzrə milli komissiya məşğul olub. Təhqiqatın nəticələrinə dair 2004-cü ildə dərc edilən məruzədə bildirilir ki, terror aktının qarşısının alınmasına ABŞ-ın kəşfiyyat xidmətlərinin fəaliyyətində koordinasiyanın olmaması əngəl törədib. Bir müddət sonra ABŞ Prezidenti Corc Buş kəşfiyyat xidmətlərində islahatlar aparılması barədə sərəncam imzalayıb.
Sentyabr hadisələri terrorla mübarizədə beynəlxalq fəallığı gücləndirib. 2001-ci ilin oktyabrında ABŞ və Böyük Britaniya Əfqanıstanda hərbi əməliyyatlara başlayıb. Əməliyyatlar 11 sentyabr terror aktlarında ittiham olunan “Əl-Qaidə” təşkilatına və onları dəstəkləyən “Taliban” hərəkatına qarşı yönəlib.
Bu terror hadisələri ilə əlaqədar bu gün ABŞ-da “Vətənpərvərlik günü” və “Dualar günü” kimi qeyd olunur. Bütün ölkə ərazisində matəm tədbirləri və yerli hökumət, ictimai assosiasiyalar, universitet və məktəblər tərəfindən memorial konsertlər təşkil edilir. Bütün federal binalarda dövlət bayraqları endirilir.
Terror aktının onuncu ildönümündə - 2011-ci ildə “Əkiz” qüllələrin yerində hadisə qurbanlarının adlarının həkk edildiyi memorial kompleksin açılışı olub.
2014-cü ilin mayında ABŞ-da 11 sentyabr hadisələrinə həsr olunmuş muzey fəaliyyətə başlayıb. Muzeyin əsas hissəsi yer səthindən 20 metr dərinlikdə yerləşir. Ekspozisiyada, əsasən insanların qaçaraq xilas olmağa çalışdıqları beton pilləkən, dağılan binanın polad karkasının fraqmentləri, dağıntılar altında qalaraq əzilmiş yanğınsöndürən maşın və terror aktı qurbanlarının şəxsi əşyaları nümayiş olunur.
İlham Əliyev Almaniya prezidentini təbrik edib
Bu gün paytaxtın bir hissəsində su olmayacaq
Sinoptiklərdən Bakıda güclü külək və leysan xəbərdarlığı
UEFA Çempionlar Liqası: “Qalatasaray” “Mançester Yunayted”ə qarşı
Xidmət müddəti başa çatan hərbi qulluqçular tərxis olunub
Bakıda yaşayış binasında yanğın:1 nəfərin meyiti tapılıb
Suqovuşan və Talışın işğaldan azad edilməsindən üç il ötür
Prezident turizm sahəsində fərqlənənləri təltif edib
Bakıda Avropa çempionatının açılış mərasimi keçirilib
Mərkəzi Bankın valyuta ehtiyatları 9,8 milyard dollara çatır
İlham Əliyev və xanımı ICESCO-nun baş direktoru ilə görüşüblər
Nərimanovda polis əməliyyatı:7 nəfər tutuldu
Azərbaycan daha bir neçə beynəlxalq sənədlərə qoşulur
Azərbaycanın ən sürətli şəbəkəsi indi Xankəndi şəhərində
Azərbaycan-Gürcüstan müdafiə sahəsində əməkdaşlıq Sazişi təsdiqlənib
Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun adı dəyişdirilir
Qazaxıstanın hərbi gəmiləri Bakı buxtasına yan aldılar
Xocalıda 100 hektarlıq narkotik plantasiyası aşkarlanıb
Sabah Bakıda arabir yağış yağacaq. 26° isti olacaq
UEFA-nın dəstəyi ilə Şamaxıda futbol festivalı keçirilib
“Aztelekom” Xankəndi və Xocalıda genişzolaqlı internet şəbəkəsi qurur
Azərbaycanda 8 qadın prokuror rəhbər vəzifədə çalışır
İslahatlar QHT-lərə də çatdı: böyük dəyişikliklər var
“Qarabağ” “Neftçi”nin rekordunu təkrarlayıb
Milli Məclisin payız sessiyasında ilk plenar iclası keçirilir