logo

Bakıda havanın temperaturu iqlim normasından 2,5° aşağı olub

10:30 11-09-2023 | icon 1190
Bakıda havanın temperaturu iqlim normasından 2,5° aşağı olub

Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 11-nə olan məlumatına əsasən ölkə ərazisində müşahidə olunan güclü külək səhər saatlarından zəifləyib. Bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Xidmətdən YeniAvropa-ya verilən məlumata görə, düşən yağıntının miqdarı: Astarada 31, Lənkəranda 21, Yardımlıda 9, Qusar, Qax (Sarıbaş), Naxçıvan, Şahbuz, Ordubad, Ağdam, Balakən, Quba, Beyləqan, İmişli, Cəfərxan, Biləsuvarda 4 millimetrədək olub.

Qrız, Lerikdə duman müşahidə olunub.

Sentyabrın 10-da Bakıda havanın maksimal temperaturu iqlim normasından 2.5° aşağı olub. Belə ki, Bakıda və Abşeron yarımadasında 23°-dək isti, Naxçıvan Muxtar Respublikasında 26-30° isti, Aran rayonlarında 25-29°, dağlıq rayonlarda 17°-dək isti qeydə alınıb.