logo

Azərbaycanda xarici işlər nazirinə iki yeni müavini təyin edilib

18:58 09-09-2023 | icon 399
Azərbaycanda xarici işlər nazirinə iki yeni müavini təyin edilib

Yalçın Rəfiyev və Samir Şərifov Azərbaycan xarici işlər nazirinin müavinləri təyin ediliblər.

YeniAvropa xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə X sosial şəbəkəsində yazıb.

Samir Şərifov bundan əvvəl XİN-də idarə rəisi vəzifəsində olub.

Yalçın Rəfiyev isə “2007-2015 Dövlət Proqramı”nın məzunudur. O, magistratura pilləsini Avstriyada yerləşən Beynəlxalq Antikorrupsiya Akademiyasında Korrupsiyaya qarşı mübarizə ixtisası üzrə bitirib. Rəfiyev bu təyinatadək Xarici İşlər Nazirliyinin Beynəlxalq təhlükəsizlik idarəsinin rəisi olub. Bundan əvvəl isə Azərbaycanın Cenevrədə yerləşən beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyinin birinci katibi olub. 2021-ci ildə prezident İlham Əliyevin sərəncamı ilə o, ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi rütbəsi verilib.

 Beləliklə, xarici işlər nazirinin müavinlərinin sayı  6 çatıb. Bundan əvvəl isə nazirin 4 müavini olub: Mahmud Məmmədquliyev, Araz Əzimov, Fariz Rzayev və Elnur Məmmədov.