logo

Xankəndidəki qondarma “seçkiləri”n hüquqi əsası yoxdur-Avropa Şurasının baş katibi

13:33 10-09-2023 | icon 966
Xankəndidəki qondarma “seçkiləri”n hüquqi əsası yoxdur-Avropa Şurasının baş katibi

Xankəndidə qondarma “prezident seçkiləri”nin heç bir hüquqi əsası yoxdur.

YeniAvropa xəbər verir ki, bunu Avropa Şurasının baş katibi Mariya Peyçinoviç Buriç X sosial şəbəkəsindəki hesabında yazıb.

“Humanitar vəziyyət və beynəlxalq normalara hörmət əsasdır. Avropa Şurası gərginliyi azaltmağa, dialoqa başlamağa və sülhü bərpa etməyə çağırır. Avropa Şurası dəstək verməyə hazırdır”, - deyə baş katib qeyd edib.