logo

Pakistan XİN Qarabağdakı qondarma "seçkilər"i pisləyib

10:10 10-09-2023 | icon 392
Pakistan XİN Qarabağdakı qondarma "seçkilər"i pisləyib

Pakistanın Xarici İşlər Nazirliyi Azərbaycanın Qarabağ bölgəsində keçirilən qondarma "prezident seçkiləri"ni qınayıb.

YeniAvropa  xəbər verir ki, Pakistan XİN-in sözçüsü bununla bağlı bildirib: “Pakistan Qarabağı Azərbaycan Respublikasının suveren ərazisi hesab edir və qeyri-qanuni qurulmuş rejimin “qondarma seçkilər”in keçirilməsinə hər hansı cəhdi hüquqi və mənəvi cəhətdən qınanır. Bu cür cəhd həm də BMT Nizamnaməsinin və beynəlxalq hüququn prinsiplərinin kobud şəkildə pozulmasıdır”.