Bakıda Azərbaycan-İran hərbi əməkdaşlığı müzakirə edilib
Sentyabrın 9-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan-İran Birgə Komissiyasının görüşündə iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan general-mayor Məhəmməd Əhədinin rəhbərlik etdiyi İran İslam Respublikasının Silahlı Qüvvələrinin nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Nazirliyindən YeniAvropa-ya verilən məlumata görə, əvvəlcə iranlı qonaqlar Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edərək “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.
Müdafiə Nazirliyində keçirilən görüşdə general-polkovnik Z.Həsənov Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işlərindən, eləcə də Azərbaycan-Ermənistan şərti sərhədi və Qarabağ iqtisadi rayonundakı əməliyyat şəraitindən danışıb.
Müdafiə naziri son zamanlar Ermənistan silahlı qüvvələrinin bölmələri və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin törətdiyi təxribatların sayının artdığını və bu təxribatların qarşısının Azərbaycan Ordusunun bölmələri tərəfindən dərhal və qətiyyətlə alındığını xüsusi vurğulayıb.
Qonaqpərvərliyə görə minnətdarlığını bildirən general-mayor M.Əhədi İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqerinin salamlarını çatdırıb. Azərbaycan-İran əlaqələrinin qədim tarixi köklərə söykəndiyini və mehriban qonşuluq əlaqələrinin genişləndirilməsi baxımından qarşılıqlı səfərlərin vacibliyini qeyd edib.
Azərbaycanın azad etdiyi ərazilərində həyata keçirdiyi bərpa-quruculuq işlərindən məmnunluğunu bildirən İran nümayəndə heyəti Ermənistanın bölgədə sabitliyə və təhlükəsizliyə təhdid yarada biləcək fəaliyyətlərindən narahatlığını ifadə edib.
Görüşdə ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın inkişaf perspektivləri, regional təhlükəsizlik məsələləri, eləcə də maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Sonda Azərbaycan-İran Birgə Komissiyanın üzvlərinə fəaliyyətlərində uğurlar arzulayan general-polkovnik Z.Həsənov belə görüşlərin ikitərəfli hərbi əməkdaşlığımıza müsbət töhfələr verəcəyindən ümidvar olduğunu bildirib və onun da salamlarını İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisinə çatdırmağı xahiş edib.
Latviya və Polşa Rusiya milliləri ilə oyunları boykot edib
Sahibə Qafarova İrlandiyaya səfərə gedib
İlham Əliyev ABŞ prezidentinin xüsusi nümayəndəsini qəbul edib
Fransa prezidentinin bəyanatı təhrikçilikdir-Mariya Zaxarova
Qarabağda müsadirə edilmiş döyüş texnikası, silah və sursat - SİYAHI
8 ayda Azərbaycana gələn 1,3 milyon turistin 1/3-i Rusiyadan olub
Sahibkarlar üçün bank hesablarının açılması qaydası dəyişir
Lənkəranda 35 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb
Bakıda Çin şirkətlərinin məhsullarının sərgi təşkil ediləcək
Xankəndiyə növbəti dəfə yanacaq göndərilib
Naxçıvanda Azərbaycan-Türkiyə 3-cü Enerji Forumu keçiriləcək
Ruben Vardanyan Laçın postunda saxlanılaraq Bakıya gətirilib
İlham Əliyev BMT-nin Məskunlaşma Proqramının icraçı direktorunu qəbul edib
AFFA Qurban Qurbanovu cəzalandırıb
XİN BMT-nin insan hüquqları üzrə ali komissarına cavab verib
Bu gün paytaxtın bir hissəsində su olmayacaq
Sabah Bakıda 27° isti olacaq
ABŞ səfirliyi Azərbaycana başsağlığı verib
FHN-in 10 avtomobili və 50 nəfərlik heyəti Xankəndiyə yola düşüb
AFFA rəsmisi UEFA-dan yeni təyinat alıb
Ağdam-Xankəndi yolunda şəhidlərin xatirəsida 1 dəqiqəlik sükutla yad edilib
Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb
Antiterror tədbirləri zamanı DİN-in 12 əməkdaşı şəhid olub
Antiterror əməliyyatında şəhid olan 11 nəfərin şəxsiyyəti müəyyən edilməyib
Antiterror tədbirlərində şəhid olmuş hərbi qulluqçuların - SİYAHISI