Müdafiə sahəsində Azərbaycan-Gürcüstan əməkdaşlığının istiqamətləri məlum olub
Azərbaycan və Gürcüstanın müdafiə sahəsində Saziş çərçivəsində əməkdaşlıq istiqamətləri məlum olub.
YeniAvropa xəbər verir ki, “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə” qanun layihəsi sentyabrın 6-da Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında müzakirəyə çıxarılıb.
Bildirilib ki, Saziş 2023-cü il aprelin 24-də Bakı şəhərində imzalanıb. Saziş preambula və 13 maddədən ibarətdir.
Sazişin məqsədi tərəflər arasında müdafiə sahəsində əməkdaşlığın təşviq edilməsi və möhkəmləndirilməsi, eləcə də tərəflərin qəbul etdikləri hərbi əməkdaşlıq proqramlarının həyata keçirilməsi üçün praktiki fəaliyyətin təmin edilməsidir.
Sazişin 2-ci maddəsinə əsasən tərəflərin 14 sahədə - hərbi təhsil, treninq və təlimlər, müdafiə və təhlükəsizlik siyasəti, sülhməramlı və humanitar əməliyyatlar, NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində əməkdaşlıq, silahlara nəzarət və tərk-silah, hərbi qanunvericilik, maddi texniki təminat, mülki-hərbi əməkdaşlıq, müdafiə sahəsində kibertəhlükəsizlik, hərbi xəritəçilik, hərbi tibbi xidmətlər, sosial, idman və mədəni tədbirlər, humanitar minatəmizləmə və qarşılıqlı maraq kəsb edən digər sahələrdə əməkdaşlığının həyata keçirilməsi nəzərdə tutulur.
Sazişin 3-cü maddəsinə müvafiq olaraq tərəflər arasında əməkdaşlıq rəsmi səfərlər və işçi görüşlər, ikitərəfli danışıqlar, məsləhətləşmələr, təcrübə mübadiləsi, treninq və təlim tədbirlərində iştirak, qarşılıqlı maraq kəsb edən məlumatın mübadiləsi, konfrans və seminarlarda iştirak, mədəni və idman tədbirlərində iştirak və birgə razılaşdırılmış digər formalar vasitəsilə təmin edilir.
Sazişin həyata keçirilməsi üçün səlahiyyətli orqanlar qismində Azərbaycan Respublikası tərəfindən Müdafiə Nazirliyi və Gürcüstan Respublikası tərəfindən Müdafiə Nazirliyi çıxış edir.
Bu Sazişin icrası üçün tərəflər arasında məxfi məlumatların mübadiləsi və qarşılıqlı qorunması 2011-ci il 26 oktyabr tarixli “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında məxfi məlumatlar qarşılıqlı mühafizəsi haqqında Saziş”ə əsasən həyata keçirilir.
Yuxarıda qeyd olunanlarla yanaşı, Sazişdə maliyyə məsələləri, intizam prosedurları, zərərlər, Sazişin müvəqqəti dayandırılması qaydası və digər beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklər barədə məlumatlar öz əksini tapıb.
Sənədin 11-ci maddəsinə uyğun olaraq bu Sazişin təfsiri və ya tətbiqi zamanı yarana biləcək hər hansı fikir ayrılığı tərəflər arasında danışıqlar və məsləhətləşmələr yolu ilə diplomatik kanallar vasitəsilə həll edilir və həlli üçün heç bir milli və ya beynəlxalq məhkəməyə və ya üçüncü tərəfə müraciət edilmir.
Sazişin onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə tərəflərin bir-birini xəbərdar etdiyi sonuncu yazılı bildirişin diplomatik kanallar vasitəsilə alınmasından etibarən növbəti ayın ilk günü qüvvəyə minir.
Sənəd qeyri-müəyyən müddətə bağlanıb. Hər bir tərəf istənilən vaxt bir-birlərinə diplomatik kanallar vasitəsilə yazılı bildiriş göndərərək Sazişi ləğv edə bilər. Bildirişin alındığı tarixdən 6 ay sonra Saziş qüvvədən düşmüş hesab edilir.
Latviya və Polşa Rusiya milliləri ilə oyunları boykot edib
Sahibə Qafarova İrlandiyaya səfərə gedib
İlham Əliyev ABŞ prezidentinin xüsusi nümayəndəsini qəbul edib
Fransa prezidentinin bəyanatı təhrikçilikdir-Mariya Zaxarova
Qarabağda müsadirə edilmiş döyüş texnikası, silah və sursat - SİYAHI
8 ayda Azərbaycana gələn 1,3 milyon turistin 1/3-i Rusiyadan olub
Sahibkarlar üçün bank hesablarının açılması qaydası dəyişir
Lənkəranda 35 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb
Bakıda Çin şirkətlərinin məhsullarının sərgi təşkil ediləcək
Xankəndiyə növbəti dəfə yanacaq göndərilib
Naxçıvanda Azərbaycan-Türkiyə 3-cü Enerji Forumu keçiriləcək
Ruben Vardanyan Laçın postunda saxlanılaraq Bakıya gətirilib
İlham Əliyev BMT-nin Məskunlaşma Proqramının icraçı direktorunu qəbul edib
AFFA Qurban Qurbanovu cəzalandırıb
XİN BMT-nin insan hüquqları üzrə ali komissarına cavab verib
Bu gün paytaxtın bir hissəsində su olmayacaq
Sabah Bakıda 27° isti olacaq
ABŞ səfirliyi Azərbaycana başsağlığı verib
FHN-in 10 avtomobili və 50 nəfərlik heyəti Xankəndiyə yola düşüb
AFFA rəsmisi UEFA-dan yeni təyinat alıb
Ağdam-Xankəndi yolunda şəhidlərin xatirəsida 1 dəqiqəlik sükutla yad edilib
Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb
Antiterror tədbirləri zamanı DİN-in 12 əməkdaşı şəhid olub
Antiterror əməliyyatında şəhid olan 11 nəfərin şəxsiyyəti müəyyən edilməyib
Antiterror tədbirlərində şəhid olmuş hərbi qulluqçuların - SİYAHISI