Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı müzakirə edilib
Sentyabrın 6-da Türkiyənin Azərbaycana yeni təyin edilən hərbi attaşesi general Soner Oruçoğlu müdafiə naziri general-polkovnik Zakir Həsənova təqdim olunub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, müdafiə naziri onu ölkəmizdə fəaliyyətə başlaması münasibəti ilə təbrik edib. General-polkovnik Z.Həsənov Vətən müharibəsində qardaş Türkiyənin göstərdiyi mənəvi və siyasi dəstəyə görə minnətdarlığını ifadə edib. Azərbaycanın müdafiə naziri iki qardaş ölkənin dövlət başçılarının səmimi münasibətlərinin digər sahələrdə olduğu kimi hərbi əməkdaşlığa da müstəsna təsirini xüsusi vurğulayıb.
Nazir Azərbaycan Ordusunda aparılan islahatlar, azad edilən ərazilərdə görülən işlər, həmçinin Azərbaycan-Ermənistan şərti sərhədi və Qarabağ iqtisadi rayonundakı əməliyyat şəraiti barədə məlumat verib.
General-polkovnik Z.Həsənov general S.Oruçoğluya Azərbaycan-Türkiyə arasında hərbi əməkdaşlığın genişləndirilməsi sahəsində gələcək fəaliyyətində uğurlar arzulayıb.
Göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirən general S.Oruçoğlu ölkəmizdə hərbi attaşe kimi fəaliyyətə başlamasından məmnunluğunu ifadə edib. Hərbi attaşe Azərbaycan-Türkiyə əlaqələrinin, o cümlədən hərbi sahədə əməkdaşlığın inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.
Görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Türkiyənin Azərbaycandakı yeni təyin edilən hərbi attaşesi müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və Hərbi Dəniz Qüvvələrinin komandanı vitse-admiral Sübhan Bəkirov ilə də görüşüb.
Azərbaycan Ermənistan 30 ildə apardığı işğal siyasəti səhifəsini çevirməyə hazırdır-Hikmət Hacıyev
2024-cü ildə də manatın məzənnəsi sabit qalacaq
XİN: Fransa xarici işlər nazirinin açıqlamaları bölgədə mövcud reallıqların təhrif edilməsinə yönəlib
İndi bizim bütün ərazimizdə suverenliyimiz təmin olunub-Elçin Əmirbəyov
Qarabağın erməni sakinlərinə reinteqrasiya üzrə planlar təqdim edilib
Yevlax görüşünə dair Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının açıqlaması
Türkiyə Milli Müdafiə Nazirliyi: Azərbaycanın yanında olmaqda davam edəcəyik
İlin sonunadək Rəqəmsal İqtisadiyyat Strategiyası təsdiqlənəcək
İlham Əliyevlə Vladimir Putin arasında telefon danışığı olub
Azərbaycanın gələn il dövlət büdcəsi 33,8 milyard manat proqnozlaşdırılır
Qarabağın erməni icmasının nümayəndələri ilə Yevlaxda keçirilən görüş başa çatıb
Azərbaycanın gələn il üçün müdafiə xərcləri artırılır
Azərbaycan millisi FİFA reytinqində 121-ci sırada qərarlaşıb
Sabah Bakıda 27° isti olacaq
Xankəndi istiqamətində hücuma keçməmişik-TƏKZİB
Türkiyənin müdafiə naziri Zakir Həsənovu təbrik edib
Azərbaycan və Özbəkistanın həmkarlar ittifaqları memorandum imzalayıb
Yevlaxda Qarabağın erməni icmasının nümayəndələri ilə görüş davam edir
Emoməli Rəhmon Azərbaycana işgüzar səfər edəcək
Azərbaycan nefti 101,20 dollara satılır
İstefa verməyəcəyəm-Nikol Paşinyan
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Dünya çempionatı:Yunan-roma güləşçilərimiz mübarizəyə başlayır
Azərbaycan Asiya Parlament Assambleyası sədrliyinə namizədliyini irəli sürüb
Bakıda Asiya Parlament Assambleyasının daimi komitəsinin iclası keçirilir