logo

Ermənilər Naxçıvan istiqamətində mövqelərimizi atəşə tutub

13:48 04-09-2023 | icon 504
Ermənilər Naxçıvan istiqamətində mövqelərimizi atəşə tutub

Sentyabrın 4-ü saat 09:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan

Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, Ordumuzun bölmələri tərəfindən cavab tədbirləri görülüb.