Ermənistanın sərgilədiyi destruktiv davranış bu ölkəni səfalətə sürükləyir-XİN
Ermənistanın baş naziri Nikol Paşinyanın sentyabrın 2-də Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddialarını növbəti dəfə sübut edən və Azərbaycanın Qarabağ bölgəsində separatçılığın təşviq olunmasına xidmət edən bəyanatını qətiyyətlə pisləyir və rədd edirik.
YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Nikol Paşinyanın sözügedən bəyanatına dair şərhində bildirilib.
Qeyd olunub ki, Ermənistanın baş nazirinin bu açıqlaması bir müddət əvvəl səsləndirdiyi Qarabağ bölgəsi daxil, Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi barədə bəyanatı ilə ziddiyyət təşkil edir və hazırda aparılan sülh prosesinə ciddi zərbə vurur.
Azərbaycanın tarixi və beynəlxalq hüquqi çərçivədə mövcud olan ərazilərinə qarşı əsassız iddialarından, tarixin saxtalaşdırılmasından əl çəkməyən, beynəlxalq hüququn prinsiplərini kobudcasına pozan, yürütdüyü təcavüz siyasəti səbəbindən düşdüyü acınacaqlı vəziyyətdən nəticə çıxarmayan bir ölkənin heç bir çərçivəyə sığmayan bu davranışının qarşısı alınmalıdır.
Məlumdur ki, Azərbaycanın icazəsi olmadan Dağlıq Qarabağın birtərəfli qaydada ayrılması kimi qələmə verilən avantüra sovet qanunlarına zidd idi və bu, hələ o zaman ali konstitusiya səviyyəsində təsdiqlənmişdi. Öz müqəddəratını müəyyən etmək hüququna istinad edən Ermənistan rəsmiləri, 1991-ci il dekabrın 10-da Qarabağda separatçılarının keçirdiyi saxta “müstəqillik referendumunun” muxtar vilayətin hüquqi baxımdan tərkib hissəsini təşkil etdiyi Azərbaycanın razılığı olmadan və bu bölgənin azərbaycanlı əhalisinin iştirakı olmadan keçirildiyi hər kəsə məlumdur.
“Dağlıq Qarabağ”ın “müstəqilliyi”nin əldə edilməsi ilə bağlı Ermənistanın iddialarının beynəlxalq hüquqda qəbul edilmiş “uti possidetis” prinsipinə də zidd olduğu bəllidir və bu səbəbdən beynəlxalq hüquq çərçivəsində tamamilə əsassızdır.
“Azərbaycanın Qarabağ bölgəsinin Ermənistan silahlı qüvvələri tərəfindən 30 ilə yaxın hərbi işğal altında saxlanıldığı, bir milyonadək azərbaycanlının fundamental hüquqlarının pozulduğu, azərbaycanlılara qarşı soyqırımı və kütləvi qırğınlar həyata keçirildiyi faktları üzərindən Ermənistan tərəfinin susqunluqla keçməsi bu ölkənin tarixdən dərs çıxarmadığını göstərir.
Bu və digər faktlar, Ermənistanın əsassız və destruktiv mövqeyi, beynəlxalq təşkilatların qərarları uzun illər ərzində dəfələrlə Ermənistanın təcavüzkar siyasətini təsdiqləyib. Azərbaycan onilliklər ərzində münaqişəni danışıqlar yolu ilə həll etmək üçün strateji səbir nümayiş etdirsə də, Ermənistan Azərbaycanın münaqişəni sülh yolu ilə həll etmək üçün göstərdiyi xoş niyyətə daim qarşı çıxıb.
Təcavüz siyasətindən əl çəkməyən Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq başlanılan 44 günlük Vətən müharibəsi nəticəsində beynəlxalq ədaləti və Azərbaycanın ərazi bütövlüyünü bərpa etdik. Bölgədə yaranmış yeni reallıqlar fonunda Ermənistanın sərgilədiyi destruktiv davranışın nəinki heç bir perspektivi yoxdur, əksinə bu mövqe Ermənistanı səfalətə sürükləyir. Azərbaycan ərazilərinə qarşı hər hansı iddialarla çıxış etmək və ərazilərimizdə aqressiv separatçı meyilləri qızışdırmaq cəhdlərinin qarşısı tərəfimizdən qətiyyətlə alınacaq və lazımi şəkildə cavablandırılacaq”, - deyə XİN-in şərhində vurğulanıb.
Azərbaycan və Türkiyə Ədliyyə nazirlikləri arasında Anlaşma Memorandumu imzalanıb
İlham Əliyev Cəbrayıl şəhərində yaşayış kompleksinin açılışında iştirak edib
Energetika naziri Braziliyada bir sıra görüşlər keçirib
Oktyabrın 5-6-da güclü geomaqnit qasırğası baş verəcək
Ermənistan təhlükəli oyunlara qoşulub
Bugünkü gün anti-Azərbaycan qüvvələr üçün matəm günüdür-İLham Əliyev
İlham Əliyev Cəbrayılda ABŞ-ın anti-Azərbaycan addımlarından danışıb
Azərbaycan QHT-ləri ABŞ konqresmeni Adam Şiffə açıq məktub yazıb
Həndbol üzrə Azərbaycan klublarının avrokubok oyunlarının vaxtı açıqlanıb
Sabah Bakıda 26° isti olacaq
Rəşad Nəbiyev Türkiyədə Orta Dəhlizin daşıma potensialının artırılmasını müzakirə edib
Azərbaycanla Rusiya Xəzər məsələləri üzrə işçi qrup yaradıb
Azərbaycan Belarusla kənd təsərrüfatı üzrə Yol Xəritəsi imzalayıb
Həsən Nəsrullah müvəqqəti olaraq gizli yerdə dəfn edilib
2200-dən çox namizəd dövlət qulluğuna imtahanı verəcək
Qazaxıstan prezidenti MDB təhlükəsizlik xidmətləri rəhbərlərini qəbul edib
UEFA Millətlər Liqası: Millimizin Estoniya və Slovakiya matçı üçün heyəti açıqlanıb
Türkiyənin ədliyyə naziri Yılmaz Tunç Azərbaycanda səfərdədir
AQTA “Rigs” hoteldə yemək verilməsinə qadağa qoyub
Bakıda “İqlim Fəaliyyəti üçün Yürüş” keçirilib
Bu gün 3 rayonda qaz olmayacaq
Azərbaycan nefti 80,04 dollara satılır
Gədəbəy sakini atdan yıxılaraq ölüb
Zığ dairəsi-Hava Limanı yolunda zolaqlar üzrə sürət endirilib
Zakir Həsənov Türkiyəyə işgüzar səfərə gedib