Azərbaycan XİN Şarl Mişelin mətbuat katibinin bəyanatına cavab verib
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin mətbuat katibinin bölgədəki vəziyyətlə bağlı sentyabrın 1-də yaydığı bəyanata münasibət bildirib.
XİN-in Mətbuat xidməti idarəsindən YeniAvropa-ya verilən məlumata görə, Avropa İttifaqı tərəfindən bildirildiyi kimi, 2023-cü il iyulun 15-də Brüsseldə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilmiş üçtərəfli görüşdəki müzakirələrin nəticəsi olaraq aparılmış danışıqlardan sonra Azərbaycanın Qarabağ bölgəsinə yüklərin müxtəlif marşrutlarla çatdırılması, habelə Ağdam-Xankəndi yolunun açılmasına paralel olaraq Laçın yolundan istifadənin intensivləşməsi məsələləri razılaşdırılmışdı.
Buna baxmayaraq, Ermənistanın qondarma rejimi vasitəsilə qeyri-qanuni şərtlər və müxtəlif bəhanələr irəli sürməsi ilə əldə olunmuş razılıqdan boyun qaçırması sözügedən razılığın icrasına maneə törətdi.
“Həmçinin xatırlatmaq istərdik ki, cari ilin avqust ayının əvvəlində Azərbaycanın xüsusi nümayəndəsi ilə yerli erməni sakinlərinin nümayəndələri arasında görüşün təşkili ilə bağlı razılıq əldə edilməsinə baxmayaraq, son anda erməni tərəfi bu görüşdən imtina etdi.
Təəssüflər olsun ki, iyulun 15-dən bu günədək Ermənistan və onun qondarma rejimi sözügedən üçtərəfli görüş çərçivəsində razılaşdırılmış bu gündəliyin icrasına və irəli aparılmasına mane olmaqda davam edərək, bu istiqamətdə Avropa İttifaqı və digər beynəlxalq tərəfdaşların səylərini heçə endirir. Azərbaycan Ermənistana iki ölkə tərəfindən bir-birinin suverenliyinin, ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınması və hörmət edilməsi əsasında sülh təklif edib. Digər istiqamətdə isə Azərbaycan Qarabağ bölgəsində yaşayan erməniəsilli sakinlərin Azərbaycan Konstitusiyasında nəzərdə tutulmuş hüquq və azadlıqlarını təmin etməklə bərabərhüquqlu vətəndaşlar kimi reinteqrasiyasında qərarlıdır. Azərbaycan bütün bu istiqamətlərə sadiqliyini nümayiş etdirməklə yanaşı, Ermənistan tərəfinin davam edən hərbi-siyasi təxribatları kontekstində, öz suverenliyini və ərazi bütövlüyünü BMT Nizamnaməsi və beynəlxalq hüququn digər universal sənədləri ilə təmin edilmiş bütün qanuni vasitələrlə müdafiə etmək hüququnu da özündə saxlayır”, - deyə XİN-in şərhində vurğulanıb.
Latviya və Polşa Rusiya milliləri ilə oyunları boykot edib
Sahibə Qafarova İrlandiyaya səfərə gedib
İlham Əliyev ABŞ prezidentinin xüsusi nümayəndəsini qəbul edib
Fransa prezidentinin bəyanatı təhrikçilikdir-Mariya Zaxarova
Qarabağda müsadirə edilmiş döyüş texnikası, silah və sursat - SİYAHI
8 ayda Azərbaycana gələn 1,3 milyon turistin 1/3-i Rusiyadan olub
Sahibkarlar üçün bank hesablarının açılması qaydası dəyişir
Lənkəranda 35 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb
Bakıda Çin şirkətlərinin məhsullarının sərgi təşkil ediləcək
Xankəndiyə növbəti dəfə yanacaq göndərilib
Naxçıvanda Azərbaycan-Türkiyə 3-cü Enerji Forumu keçiriləcək
Ruben Vardanyan Laçın postunda saxlanılaraq Bakıya gətirilib
İlham Əliyev BMT-nin Məskunlaşma Proqramının icraçı direktorunu qəbul edib
AFFA Qurban Qurbanovu cəzalandırıb
XİN BMT-nin insan hüquqları üzrə ali komissarına cavab verib
Bu gün paytaxtın bir hissəsində su olmayacaq
Sabah Bakıda 27° isti olacaq
ABŞ səfirliyi Azərbaycana başsağlığı verib
FHN-in 10 avtomobili və 50 nəfərlik heyəti Xankəndiyə yola düşüb
AFFA rəsmisi UEFA-dan yeni təyinat alıb
Ağdam-Xankəndi yolunda şəhidlərin xatirəsida 1 dəqiqəlik sükutla yad edilib
Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb
Antiterror tədbirləri zamanı DİN-in 12 əməkdaşı şəhid olub
Antiterror əməliyyatında şəhid olan 11 nəfərin şəxsiyyəti müəyyən edilməyib
Antiterror tədbirlərində şəhid olmuş hərbi qulluqçuların - SİYAHISI