AZAL styuardesa axtarır
“Azərbaycan Hava Yolları” (AZAL) özünü “Təyyarə bələdçisi” vakansiyanın tələblərinə uyğun hesab edən hər kəsi müsahibələrdə iştirak etməyə dəvət edir.
YeniAvropa xəbər verir ki, regionun liderlərindən biri kimi tanınan AZAL aviasiya ailəsinin bir hissəsi olmağa hazır olan həvəsli və perspektivli namizədlər axtarışındadır.
Təyyarənin göyərtəsində sərnişinlərin təhlükəsizliyinin və rahatlığının təmin edilməsində bələdçilər mühüm rol oynayır. Bundan əlavə, onlar sərnişinlərə keyfiyyətli xidmətin və ilk tibbi yardımın göstərilməsi də daxil olmaqla mülki aviasiya standartlarına uyğun olaraq öz vəzifələrinə cavabdehdirlər.
Aviaşirkətdə “Təyyarə Bələdçisi” kimi çalışmaq sizə peşəkar inkişaf, komanda işi və unikal təcrübə kimi imkanlar yaradacaq.
Bu vəzifəyə uyğun olan namizədlər mülki aviasiyada işləmək arzusu, punktuallıq, stresə davamlılıq və nizam-intizam kimi mühüm keyfiyyətlər ilə yanaşı aşağıdakı tələblərə də cavab verməlidirlər:
- Azərbaycan Respublikası vətəndaşı;
- 20-35 yaş aralığında olmaq (uyğun təcrübə olmadığı halda), maksimum 45 (uyğun təcrübə olduğu halda);
- minimum tam orta təhsil;
- hərbi bilet (olduğu təqdirdə)
- boy: 160-180 (xanım namizədlər üçün) / 170-185 (bəy namizədlər üçün);
- dil bilikləri: Azərbaycan – səlis, İngilis – orta səviyyə (fikirləri sərbəst ifadə etmək qabiliyyəti);
- ünsiyyət və təşkilatçılıq bacarığına malik olmaq;
- mütəmadi ezamiyyətlərə hazır olmaq;
- uçuş üçün tibbi əks göstərişin olmaması.
“Təyyarə Bələdçisi” vəzifəsinə tələblər haqqında ətraflı məlumat üçün aşağıdakı linkə daxil olun: https://glorri.com/azal/64edfde813fc7c60c74092c4.
Namizədlər bu vakansiya üzrə aviaşirkətin rəsmi internet saytı www.azal.az vasitəsilə "Karyera" bölməsinə keçid edərək müraciət edə bilərlər. Bununla yanaşı, onlar CV-lərini [email protected] poçt ünvanına göndərə və ya Heydər Əliyev Beynəlxalq Aeroportunun 2-ci Terminalının “Şimal” girişində yerləşdirilən xüsusi qutuya buraxa bilərlər.
Latviya və Polşa Rusiya milliləri ilə oyunları boykot edib
Sahibə Qafarova İrlandiyaya səfərə gedib
İlham Əliyev ABŞ prezidentinin xüsusi nümayəndəsini qəbul edib
Fransa prezidentinin bəyanatı təhrikçilikdir-Mariya Zaxarova
Qarabağda müsadirə edilmiş döyüş texnikası, silah və sursat - SİYAHI
8 ayda Azərbaycana gələn 1,3 milyon turistin 1/3-i Rusiyadan olub
Sahibkarlar üçün bank hesablarının açılması qaydası dəyişir
Lənkəranda 35 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb
Bakıda Çin şirkətlərinin məhsullarının sərgi təşkil ediləcək
Xankəndiyə növbəti dəfə yanacaq göndərilib
Naxçıvanda Azərbaycan-Türkiyə 3-cü Enerji Forumu keçiriləcək
Ruben Vardanyan Laçın postunda saxlanılaraq Bakıya gətirilib
İlham Əliyev BMT-nin Məskunlaşma Proqramının icraçı direktorunu qəbul edib
AFFA Qurban Qurbanovu cəzalandırıb
XİN BMT-nin insan hüquqları üzrə ali komissarına cavab verib
Bu gün paytaxtın bir hissəsində su olmayacaq
Sabah Bakıda 27° isti olacaq
ABŞ səfirliyi Azərbaycana başsağlığı verib
FHN-in 10 avtomobili və 50 nəfərlik heyəti Xankəndiyə yola düşüb
AFFA rəsmisi UEFA-dan yeni təyinat alıb
Ağdam-Xankəndi yolunda şəhidlərin xatirəsida 1 dəqiqəlik sükutla yad edilib
Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb
Antiterror tədbirləri zamanı DİN-in 12 əməkdaşı şəhid olub
Antiterror əməliyyatında şəhid olan 11 nəfərin şəxsiyyəti müəyyən edilməyib
Antiterror tədbirlərində şəhid olmuş hərbi qulluqçuların - SİYAHISI