“Abşeron” yatağından ilk qazın hasilatına başlanılıb
Avqustun 31-də “Abşeron” qaz-kondensat yatağından ilk qazın verilməsi münasibətilə tədbir keçirilib.
YeniAvropa xəbər verir ki, tədbirdə çıxış edən SOCAR-ın Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarov Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Abşeron” qaz-kondensat yatağında hasilata başlanılmasının ölkəmiz və layihədə iştirak edən şirkətlər üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
İqtisadiyyat naziri qeyd edib ki, “Abşeron” qaz-kondensat yatağının işlənilməsinin ikinci mərhələsi üzrə işlər intensiv şəkildə davam etdirilir.
Tədbirdə Mikayıl Cabbarov Azərbaycanın enerji sahəsində uğurlu əməkdaşlıq əlaqələrinin ölkəmizi beynəlxalq miqyasda etibarlı tərəfdaşa çevirdiyini ifadə edib. Cari il avqustun 4-də SOCAR, “TotalEnergies” və ADNOC şirkətləri arasında “Abşeron” qaz-kondensat yatağında 30% iştirak payının satışı ilə bağlı imzalanma mərasiminin keçirildiyini xatırladan SOCAR-ın Müşahidə Şurasının sədri bu sənədin Azərbaycanda yaradılan əlverişli investisiya mühitinin növbəti təzahürü olduğunu qeyd edib.
Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov çıxış edərək dünyada qaz tədarükü mənbələrinin əhəmiyyətinin təhlükəsizlik amilinə əsasən müəyyənləşdiyi, müvafiq olaraq etibarlı enerji təchizatçısı kimi Azərbaycanın rolunun gücləndiyi və ölkəmizin enerji resurslarına tələbatın artdığı bir vaxtda “Abşeron”un yüksək hasilatla işə düşməsinin strateji əhəmiyyət daşıdığını vurğulayıb. Nazir bunun Azərbaycanın enerji ehtiyatlarının zənginliyinin və enerji tədarükçüsü missiyasının davamlılığının bariz göstəricisi olduğunu bildirib, eyni zamanda, enerji bazarlarının, istehlakçıların fasiləsiz enerji təchizatına, ölkəmizdə neft-kondensat hasilatının sabitliyinə etibarlı təminat olduğunu diqqətə çatdırıb. Pərviz Şahbazov “Abşeron” yatağının ölkəmizdə qaz istehsalı, istehlakı mənbələrini şaxələndirməklə yanaşı, Avropaya əlavə qaz tədarükünün də mühüm mənbəyi olacağını bildirib.
SOCAR-ın prezidenti Rövşən Nəcəf çıxışında “Abşeron” qaz-kondensat yatağının tarixi inkişaf yolundan, ötən illər ərzində beynəlxalq tərəfdaşlarla birgə atılan mühüm addımlardan bəhs edib. Rövşən Nəcəf “Abşeron” qaz-kondensat yatağının ölkəmizin hasilat potensialının artırılmasına və beynəlxalq mövqelərinin gücləndirilməsinə dəyərli töhfə verəcəyini vurğulayıb.
O, çıxışında ölkə başçısı tərəfindən “Abşeron” qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi üzrə verilən tapşırıqların icrası istiqamətində görülən işlərdən bəhs edib.
“Abşeron” qaz-kondensat yatağının İHS mərhələsi üzrə hasilata başlanılmasından məmnunluğunu ifadə edən “TotalEnergies” şirkətinin baş icraçı direktoru Patrik Puyane SOCAR və layihəyə yeni qoşulmuş ADNOC şirkəti ilə əməkdaşlığın daha da möhkəmləndiriləcəyini diqqətə çatdırıb. O, hazırda tərəfdaş şirkətlərlə birgə “Abşeron” qaz-kondensat yatağının işlənilməsinin növbəti mərhələsi üzrə görülən işlərdən danışıb. Patrik Puyane təbii qazın karbohidrogenlər içərisində ən təmiz yanacaq olduğunu diqqətə çatdıraraq, “Abşeron” layihəsinin “TotalEnergies”in aşağı karbonlu enerjiyə keçid öhdəliyinə tam uyğun olduğunu da deyib.
ADNOC şirkətinin aşağı karbon həlləri və beynəlxalq inkişaf üzrə icraçı direktoru Musabbeh Al Kaabi SOCAR və “TotalEnergies” ilə birlikdə Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında strateji əlaqələrdə və enerji tərəfdaşlığında daha bir mühüm mərhələ olan “Abşeron” yatağından ilk qazın hasil olunmasına həsr edilən tədbirdə iştirakdan məmnunluğunu ifadə edib. İcraçı direktor aşağı karbonlu enerji istehsalı sahəsində ADNOC-un malik olduğu ənənələrə və onilliklər boyu qazanılan zəngin təcrübəyə əsaslanaraq, bu strateji əhəmiyyətli layihədə oynayacağı mühüm rolu səbirsizliklə gözlədiklərini diqqətə çatdırıb.
Çıxışlardan sonra “Abşeron” qaz-kondensat yatağının işlənilməsinin İHS mərhələsinə həsr olunan videoçarx nümayiş etdirilib.
Bu gün "Formula 1 Azərbaycan Qran-Pri"sinin qalibi müəyyənləşəcək
Sabah Bakıda qısamüddətli yağış yağacaq,29° isti olacaq
Avropa Paralimpiya Komitəsinin prezidenti Bakıya gəlib
Göygöldə Moruq festivalı keçirilir
Fatma Səttarova 102 yaşında vəfat edib
Azərbaycan nefti 76,30 dollara satılır
Gəncədə 18 yaşlı qadını bıçaqladılar
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb
İlham Əliyev “Xaqani” bağında aparılan abadlıq işləri ilə tanış olub
Bərdə-Xankəndi müntəzəm avtobus reysi fəaliyyətə başlayıb
7 ayda Azərbaycanda 58 mindən çox körpə doğulub
MSK Vəfa Nağıya görə 6 məntəqədə səsvermənin nəticələri ləğv etdi
Azərbaycanda əhalinin sayı 10 milyon 204 min nəfəri ötüb
“Bakcell”in stendi Formula 1 azarkeşlərinin diqqət mərkəzində
MSK müsavatçı Mustafa Hacılının müraciətini əsassız sayıb
DİM sentyabrın 8-dəki buraxılış imtahanların nəticələrini açıqlayıb
İlham Əliyev “Vista Equity Partners” şirkətinin rəhbərini qəbul edib
Bakı metrosu payız-qış mövsümünə keçir
İlham Əliyev “Gulfstream Aerospace” şirkətinin prezidentini qəbul edib
"Formula 1 Azərbaycan Qran-Prisi: “Ferrari”nin pilotu qəza törədib
Sabah Bakıda 30° isti olacaq,bəzi bölgələrdə yağış və qar yağacaq
Azərbaycan Rusiyayanın əsas kənd təsərrüfatı məhsulları ixracatçısıdır
Sabahdan Bərdə-Xankəndi avtobus reysi açılır:Bilet 2,80 manatdır
Bakıda IV Su İnnovasiya Forumu keçiriləcək
Rusiya cəsusluq adı ilə 6 britaniyalı diplomatı ölkədən çıxarır