Azərbaycan Qazaxıstanda keçiriləcək texnologiya forumunda təmsil olunacaq
Oktyabrın 12-13-də Qazaxıstanın paytaxtı Astana şəhərində Mərkəzi Asiya regionunun ən irimiqyaslı innovasiya tədbirlərindən biri “Digital Bridge 2023” forumu keçiriləcək. Forumun əsas mövzusu müasir dünyada süni intellektin rolunun müzakirəsi olacaq ( “Artificial and Human Intelligence: The right balance”).
YeniAvropa xəbər verir ki, beynəlxalq forum ənənəvi olaraq dünya şirkətlərinin rəhbərlərinin, İT innovasiyaları sahəsində ən yaxşı beynəlxalq və yerli ekspertlərin, regionun hər yerindən vençur investorlarının iştirakı ilə keçiriləcək. “Digital Bridge 2023” forumu 15 ölkədən 20 mindən çox iştirakçı, 300-dən çox İT şirkəti, 100-dən çox investor və biznes mələyi, 250 məruzəçi və 100-dən çox startapı öz platformasında bir araya gətirəcək.
Forumun ikigünlük proqramına dövlət başçısının iştirakı ilə plenar iclas və onunla təkbətək görüşlər, beynəlxalq məruzəçilərin iştirakı ilə 30-dan çox panel iclası, sazişlərin imzalanması, dövlət başçısının iştirak edəcəyi “Google for Startups” kimi irimiqyaslı tədbirlər daxildir. Forumda ən yaxşı startaplara, innovativ layihələrə və sahibkarlara verilən beynəlxalq mükafat - “Digital Bridge Awards”un təqdimat mərasimi keçiriləcək. Həmçinin forum çərçivəsində “Startap Xiyabanı”nda xarici texnoloji startaplar və Qazaxıstanın 100-dək startapı öz innovativ həllərini nümayiş etdirəcək.
Beş il ardıcıl olaraq İT ictimaiyyətinin xüsusi diqqətini cəlb edən və geniş ictimaiyyət arasında maraq doğuran forumun maraqlı hadisəsi “Astana Hub Battle” - ən yaxşı İT startaplarının ən böyük yarışıdır. Bu il yarışın mükafat fondu 4 dəfə artırılıb. Qaliblər üç kateqoriya üzrə mükafatlandırılacaqlar – “Best Social Impact”, “The Most Innovative”, “Exponential Growth”. Mükafat fondu isə 75 min ABŞ dollarına qədər artırılıb ki, bunun da hər nominasiya üzrə 25 min ABŞ dolları təşkil edəcək. “Digital Bridge 2023” çərçivəsində “Astana Hub Battle”da iştirak üçün müraciətlər sentyabrın 20-dək digitalbridge.kz saytında qəbul ediləcək.
İlkin seçim mərhələsindən sonra seçilmiş 100 ən rəqabətədayanıqlı layihə münsiflər heyətinə təqdim olunacaq. Onlar forumun ilk günündə yarımfinalda bir dəqiqəlik təqdimatla çıxış etmək imkanı əldə edəcəklər. Münsiflər heyəti forumun ikinci günündə baş tutacaq finalda ən yaxşı adı uğrunda mübarizə aparacaq 10 startapı seçəcək.
Xatırladaq ki, “Digital Bridge” beynəlxalq texnologiya forumu 2018-ci ildən etibarən hər il Astanada keçirilir. Rəqəmsal Körpünün təşkilatçıları Qazaxıstan Respublikasının Rəqəmsal İnkişaf, İnnovasiya və Aerokosmik Sənaye Nazirliyi və Astana Hub beynəlxalq texnoparkıdır. 2022-ci ildə keçirilmiş “Digital Bridge” beynəlxalq texnoloji forum çərçivəsində Azərbaycanın və Qazaxıstanın aparıcı telekommunikasiya şirkətləri “AzerTelecom” MMC və “Kazakhtelecom” Xəzər dənizinin dibi ilə Fiber-Optik Rabitə Xəttinin çəkilməsi layihəsi üzrə strateji tərəfdaşlıq haqqında memorandum imzalayıblar.
İlham Əliyev Almaniya prezidentini təbrik edib
Bu gün paytaxtın bir hissəsində su olmayacaq
Sinoptiklərdən Bakıda güclü külək və leysan xəbərdarlığı
UEFA Çempionlar Liqası: “Qalatasaray” “Mançester Yunayted”ə qarşı
Xidmət müddəti başa çatan hərbi qulluqçular tərxis olunub
Bakıda yaşayış binasında yanğın:1 nəfərin meyiti tapılıb
Suqovuşan və Talışın işğaldan azad edilməsindən üç il ötür
Prezident turizm sahəsində fərqlənənləri təltif edib
Bakıda Avropa çempionatının açılış mərasimi keçirilib
Mərkəzi Bankın valyuta ehtiyatları 9,8 milyard dollara çatır
İlham Əliyev və xanımı ICESCO-nun baş direktoru ilə görüşüblər
Nərimanovda polis əməliyyatı:7 nəfər tutuldu
Azərbaycan daha bir neçə beynəlxalq sənədlərə qoşulur
Azərbaycanın ən sürətli şəbəkəsi indi Xankəndi şəhərində
Azərbaycan-Gürcüstan müdafiə sahəsində əməkdaşlıq Sazişi təsdiqlənib
Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun adı dəyişdirilir
Qazaxıstanın hərbi gəmiləri Bakı buxtasına yan aldılar
Xocalıda 100 hektarlıq narkotik plantasiyası aşkarlanıb
Sabah Bakıda arabir yağış yağacaq. 26° isti olacaq
UEFA-nın dəstəyi ilə Şamaxıda futbol festivalı keçirilib
“Aztelekom” Xankəndi və Xocalıda genişzolaqlı internet şəbəkəsi qurur
Azərbaycanda 8 qadın prokuror rəhbər vəzifədə çalışır
İslahatlar QHT-lərə də çatdı: böyük dəyişikliklər var
“Qarabağ” “Neftçi”nin rekordunu təkrarlayıb
Milli Məclisin payız sessiyasında ilk plenar iclası keçirilir