I Qarabağ müharibəsində 4 min soydaşımız itkin düşüb
Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş azərbaycanlılarla bağlı Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva tərəfindən hesabat hazırlanıb. Hesabat 30 Avqust - Beynəlxalq İtkin Düşmüş Şəxslər Günü ilə əlaqədar aidiyyəti beynəlxalq təşkilatlara ünvanlanıb.
Ombudsman Aparatının mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, hesabatın hazırlanmasında əsas məqsəd 4 minə yaxın itkin düşmüş azərbaycanlının bu günədək naməlum qalan taleyi ilə bağlı məsələnin, habelə onların ailələrinin çağırışlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması, itkin düşmüş şəxslər haqqında məlumatların verilməsinin təmin edilməsidir.
Məlumdur ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bu günədək bir neçə kütləvi məzarlıq aşkarlanıb və tapılan qalıqların eyniləşdirilməsi aparılaraq, onların itkin düşmüş azərbaycanlılara məxsus olması təsdiqini tapır. Bu faktlar Ermənistanın Azərbaycana qarşı törətdiyi müharibə cinayətlərini, beynəlxalq hüququn norma və prinsiplərini birbaşa pozması hallarını sübut edir. Ombudsmanın hesabatında da bu mövzuya toxunulub və itkin düşmüş azərbaycanlılarla bağlı məlumatları təqdim etməsi üçün Ermənistana dünya ictimaiyyəti tərəfindən çağırışlar edilməsinin vacibliyi vurğulanıb.
Azərbaycan və ingilis dillərində hazırlanmış hesabatda Birinci Qarabağ müharibəsində və sonrakı dövrdə itkin düşmüş şəxslərlə bağlı milli və beynəlxalq qurumlarla əməkdaşlıq nəticəsində əldə edilmiş məlumatlar toplanaraq ümumiləşdirilib. Eyni zamanda, ombudsman Səbinə Əliyeva və Aparatın əməkdaşlarının itkin düşmüş şəxslərin ailə üzvləri, ermənilər tərəfindən girovluqda saxlanmış şəxslərlə keçirdiyi görüşlər, bu görüşlər zamanı doğmalarının həmin şəxslər haqqında verdiyi məlumatlar hesabatda əksini tapıb. Bununla yanaşı, Ombudsmanın bu günədək bu sahədə həyata keçirdiyi fəaliyyətlə bağlı yerli və xarici mətbuatda yayımlanmış informasiyanın ümumiləşdirilməsi aparılıb, aidiyyəti foto və videomateriallardan istifadə edilib.
Hesabatın tam mətni ilə buradan tanış ola bilərsiniz.
Latviya və Polşa Rusiya milliləri ilə oyunları boykot edib
Sahibə Qafarova İrlandiyaya səfərə gedib
İlham Əliyev ABŞ prezidentinin xüsusi nümayəndəsini qəbul edib
Fransa prezidentinin bəyanatı təhrikçilikdir-Mariya Zaxarova
Qarabağda müsadirə edilmiş döyüş texnikası, silah və sursat - SİYAHI
8 ayda Azərbaycana gələn 1,3 milyon turistin 1/3-i Rusiyadan olub
Sahibkarlar üçün bank hesablarının açılması qaydası dəyişir
Lənkəranda 35 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb
Bakıda Çin şirkətlərinin məhsullarının sərgi təşkil ediləcək
Xankəndiyə növbəti dəfə yanacaq göndərilib
Naxçıvanda Azərbaycan-Türkiyə 3-cü Enerji Forumu keçiriləcək
Ruben Vardanyan Laçın postunda saxlanılaraq Bakıya gətirilib
İlham Əliyev BMT-nin Məskunlaşma Proqramının icraçı direktorunu qəbul edib
AFFA Qurban Qurbanovu cəzalandırıb
XİN BMT-nin insan hüquqları üzrə ali komissarına cavab verib
Bu gün paytaxtın bir hissəsində su olmayacaq
Sabah Bakıda 27° isti olacaq
ABŞ səfirliyi Azərbaycana başsağlığı verib
FHN-in 10 avtomobili və 50 nəfərlik heyəti Xankəndiyə yola düşüb
AFFA rəsmisi UEFA-dan yeni təyinat alıb
Ağdam-Xankəndi yolunda şəhidlərin xatirəsida 1 dəqiqəlik sükutla yad edilib
Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb
Antiterror tədbirləri zamanı DİN-in 12 əməkdaşı şəhid olub
Antiterror əməliyyatında şəhid olan 11 nəfərin şəxsiyyəti müəyyən edilməyib
Antiterror tədbirlərində şəhid olmuş hərbi qulluqçuların - SİYAHISI