logo

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb

11:11 26-05-2023 | icon 1449
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları ötən gün ölkə ərazisində törədilmiş 70 cinayətin üstünü açıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki,əvvəlki dövrlərdən bağlı qalan 20 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 108,o cümlədən borclu şəxs qismində axtarılan 95 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən üç yol-nəqliyyat hadisəsi baş verib, nəticədə üç nəfər ölüb.

Narkotiklərlə əlaqəli 31, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 1 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb.