İnam Kərimovun media qurumlarından gözləntiləri var
Qırx dörd günlük Vətən müharibəsində prezident İlham Əliyevin rəhbərliyi, qəhrəman Ordumuzun şücaəti ilə işğal altındakı torpaqlarımız azad edildi və düşmən üzərində tarixi qələbə qazanıldı. Vətən müharibəsi zamanı ölkə mediası da informasiya cəbhəsində mübarizə apardı və həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynadı.
YeniAvropa xəbər verir ki, bunu Ali Məhkəmənin sədri İnam Kərimov Ali Məhkəmənin təşəbbüsü ilə yaradılan “Femida dialoq platforması” çərçivəsində media qurumlarının rəhbərləri ilə keçirilən görüşdə deyib.
“Vətən müharibədən sonra regionumuzda yeni geosiyasi reallıqlar meydana çıxıb. Ölkəmizin regional və qlobal əhəmiyyəti daha da artıb, yeni çağırışlar meydana gəlib. Bu çağırışlara cavab vermək üçün bütün əlaqədar təşkilatlarla qarşılıqlı dialoq və əməkdaşlıq vacibdir. Yalnız bu yolla biz qarşılaşdığımız problemləri həll edə və qarşımıza qoyduğumuz məqsədləri reallaşdıra bilərik.
Məhkəmə fəaliyyətinin ictimaiyyətə düzgün çatdırılmasında media önəmli funksiyanı yerinə yetirə bilər. Bu baxımdan media qurumlarından gözləntilərimiz böyükdür. Biz də Ali Məhkəmə olaraq jurnalistlərin təlim-tədris proqramlarına cəlb edilməklə məhkəmə sahəsində ixtisaslaşmalarına hər cür kömək etməyə hazırıq. Peşəkar ixtisaslaşmış jurnalistika məhkəmə müstəqilliyinin gücləndirilməsinə, insan hüquq və azadlıqlarının təmin edilməsinə böyük töhfə vermiş olar.
“Femida dialoq platforması”nın məqsədi də məhz qarşılıqlı fikir mübadiləsi aparmaq, mövcud problemlərin birgə həllinə nail olmaqdır. Düşünürəm ki, bu gün burda uğurlu məhkəmə-media əməkdaşlığının əsası qoyulacaq”, - deyə İnam Kərimov vurğulayıb.
“Azercell Telekom”un Müştəri Məmnuniyyəti Sistemi beynəlxalq qiymətləndirmədən keçib
Ərdoğan Türkiyə parlamentidə andiçmə mərasimində iştirak edir
Moskvada Azərbaycan-Rusiya-Ermənistan işçi qrupunun iclası keçirilir
Sabah Bakıda 31° isti olacaq,bölgələrdə şimşək çaxacaq,dolu düşəcək
“Neftçi” 11-ci dəfə Azərbaycan kubokunun finalında oynayacaq
Baş nazir Əli Əsədov BP-nin nümayəndə heyəti ilə görüşüb
Paytaxtdakı Alı Mustafayev küçəsi təmirə bağlanır
Milli Məclis dövlət büdcəsinə nədən yenidən baxır?-Nazirin açıqlaması
İranda həbs edilən Fərid Səfərli ilə görüşün keçirilməsi üçün tədbirlər görülür-XİN
İyulun 19-da Məhərrəm ayı başlayır
Bu gün Türkiyə parlamenti yeni tərkibdə fəaliyyətə başlayır
Azərbaycan Avropa Paralimpiya Oyunlarında 45 idmançı ilə təmsil olunacaq
Azərbaycanda pul bazası 17 milyard manatı ötür
İstanbulda Türkiyə-Azərbaycan yoldaşlıq görüşü keçiriləcək
Fransa prezidentinin bəyanatı bölgədə sülhə müsbət töhfə vermir-XİN
Dövlət Komitəsi Dünya Bankı ilə qrant sazişi imzalayıb
"AÇG"dən 573 milyon ton neft, 208 milyard m3 qaz hasil edilib
İlham Əliyev İtaliya prezidentini təbrik edib
Co Bayden ayağı büdrəyərək yıxılıb
Ərdoğan iyunun 3-də and içəcək
“Uşaq hüquqlarının qorunması həftəsi” yekunlaşıb
Salyanda ölülərin qızıl dişlərini oğurlayan şəxslər saxlanılıb
Bakıda Xəzər Beynəlxalq Nəqliyyat və Logistika Forumu keçirilir
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
Bakıda buz meydançası istifadəyə verilib