Kərim Vəliyev Pakistanın müdafiə naziri ilə görüşüb
Pakistan İslam Respublikasında rəsmi səfərdə olan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Parlamentin Müdafiə Palatasını ziyarət edərək bu ölkənin federal müdafiə naziri Asif Muhammed Xavaca ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, qonaqları salamlayan Pakistanın müdafiə naziri Azərbaycan ilə Pakistan arasında hərbi əlaqələrin yüksək səviyyədə olduğunu, ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və ölkəmizlə hərbi əlaqələrin genişləndirilməsinə xüsusi önəm verdiyini diqqətə çatdırıb.
Dövlətlərimizin həm ikitərəfli əsasda, həm də beynəlxalq təşkilatlar çərçivəsində bütün məsələlərdə qarşılıqlı dəstək göstərdiyini qeyd edən nazir ölkələrimizin yerləşdiyi bölgələrdə yaranmış vəziyyət və yeni çağırışların hərbi əməkdaşlığımızın möhkəmləndirilməsini zəruri etdiyini diqqətə çatdırıb.
Asif Muhammed Xavaca hər iki ölkə ordularının döyüş qabiliyyətinin artırılması, bu sahədə təcrübə mübadiləsinin aparılması, habelə əldə olunan nailiyyətlərin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Qəbula görə təşəkkürünü bildirən general-polkovnik K.Vəliyev Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun salamlarını A.M.Xavacaya çatdırıb.
Baş Qərargah rəisi Pakistanla müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin daim diqqət mərkəzində olduğunu xüsusi qeyd edib.
General-polkovnik K.Vəliyev azad edilmiş ərazilərdə aparılan mühəndis və bərpa-quruculuq işləri, həmçinin Ermənistan silahlı qüvvələrinin şərti sərhəddə törətdiyi təxribatlar və bu təxribatlara qarşı görülən tədbirlər barədə Pakistanın müdafiə nazirinə ətraflı məlumat verib.
Tərəflər birgə təlimlərin keçirilməsi, müdafiə sənayesi sahəsində əməkdaşlıq, o cümlədən qarşılıqlı maraq doğuran bir sıra məsələləri müzakirə edib, Azərbaycan ilə Pakistan arasında hərbi və hərbi-texniki əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar.
Görüşdə Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov da iştirak edib.
İsrailin prezidenti Azərbaycana rəsmi səfərə gəlib
Bakıda kafedəki davada ər-arvad bıçaqlanıb
Dünya çempionatı:Daha iki taekvondoçumuz mübarizəyə başlayır
Ermənilər Qarabağdakı mövqelərimizi atəşə tutub
Rəsmi Bakı Ermənistanın qərəzli bəyanatını qətiyyətlə rədd edir
Media nümayəndələri Laçına səfər ediblər
Erməni separatçılarının Qarabağda mühəndis işləri aparmasının qarşısı alınıb-MN
İlham Əliyev Bakıda dünya çempionatının açılışında iştirak edib
Sabah Bakıda 33° isti olacaq,bölgələrdə leysan yağacaq
İlham Əliyev Böyük Britaniyanın Azərbaycan üzrə ticarət elçisini qəbul edib
Şirvanda terminaldan oğurluq edən şəxs saxlanılıb
İlham Əliyev Qazaxıstanın yeni səfirinin etimadnaməsini qəbul edib
Londondan Honkonqa uçan təyyarə Bakıda təcili eniş edib
İlham Əliyev Dünya Taekvondo Federasiyasının prezidentini qəbul edib
Ötən iki gündə cinayət törətməkdə şübhəli bilinən 87 nəfər saxlanılıb
Ermənilər Ağdamdakı mövqelərimizi atəşə tutub
Bakıda taekvondo üzrə dünya çempionatı start götürüb
“Qarabağ”a çempionluq kuboku təqdim olunub
Bu gündən paytaxtın bəzi küçələri iki günlüyə bağlanır
Azərbaycan nefti 80,46 dollara satılır
Tovuz sakini minaya düşüb
NATO Baş katibinin nümayəndəsi Azərbaycana gəlib
Bu gün 179 doza vaksin vurulub
Azərbaycanda daha 14 nəfər koronavirusa yoluxub
77 nömrəli marşrutda 12 metrlik avtobuslar işləyəcək