logo

Türk İnvestisiya Fondunun yaradılması Milli Məclisdə müzakirə edilir

12:32 24-05-2023 | icon 1134
Türk İnvestisiya Fondunun yaradılması Milli Məclisdə müzakirə edilir

Türk Dövlətləri Təşkilatının üzv dövlətlərinin iştirakı ilə Türk İnvestisiya Fondu yaradılır.

YeniAvropa xəbər verir ki, “Türk İnvestisiya Fondunun yaradılması haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin mayın 24-də keçirilən iclasının gündəliyinə daxil edilib.

Qanun layihəsinə əsasən, Fondun yaradılmasında məqsəd regiondaxili ticarəti genişləndirmək, iqtisadi fəaliyyətləri dəstəkləmək vasitə ilə TDT-nin üzv dövlətlərinin iqtisadi inkişafına töhfə verməkdir.

Qeyd edək ki, “Türk İnvestisiya Fondunun yaradılması haqqında” Saziş 2023-cü il martın 16-da Ankara şəhərində imzalanıb.