Kərim Vəliyev Pakistanın Quru Qoşunları komandanı ilə görüşüb
Pakistan İslam Respublikasında rəsmi səfərdə olan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev həmin ölkənin Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Asim Munir ilə görüşüb.
YeniAvropa xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüşdən əvvəl rəsmi qarşılanma mərasimi keçirilib. Hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra Baş Qərargah rəisi general-polkovnik K.Vəliyev fəxri qarovulun önündən keçib.
Tərəflər əvvəlcə təkbətək, sonra isə geniş tərkibdə görüşüblər.
Ordu generalı A.Munir qonaqları salamlayaraq onları ölkəsində görməkdən məmnunluğunu ifadə edib. O, Vətən müharibəsində qazanılmış qələbə və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib.
A.Munir iki ölkə orduları arasında dostluq münasibətlərinin inkişaf etdiyini və yeni mərhələyə qədəm qoyduğunu bildirib. O, Pakistanın Azərbaycan ilə hərbi əməkdaşlığa xüsusi önəm verdiyini və hərbi əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu diqqətə çatdırıb.
Dəvətə görə təşəkkürünü bildirən general-polkovnik K.Vəliyev xalqlarımız arasında tarixən dostluq əlaqələrinin olduğunu, bu münasibətlərin digər sahələrdə olduğu kimi ikitərəfli hərbi əməkdaşlığın da inkişafına böyük töhfə verdiyini qeyd edib.
General-polkovnik K.Vəliyev Pakistanla bütün sahələrdə olduğu kimi hərbi sahədə də əməkdaşlığın inkişafı və genişləndirilməsinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin daim diqqət mərkəzində olduğunu xüsusi vurğulayıb.
Ermənistan silahlı qüvvələrinin şərti sərhəddə törətdiyi təxribatlar barədə danışan Baş Qərargah rəisi bunun Ermənistan tərəfindən qəsdən vəziyyətin gərginləşdirilməsi məqsədilə edildiyini və hər dəfə onların layiqli cavab aldığını qeyd edib.
Görüşdə iki ölkə ordularının qoşun növləri arasında əlaqələrin genişləndirilməsi, Azərbaycan-Pakistan-Türkiyə birgə təlimlərinin keçirilməsi ilə yanaşı üçtərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.
Tərəflər Azərbaycan ilə Pakistan arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlıq, qarşılıqlı səfərlərin davam etdirilməsi, həmçinin terrorla mübarizə və təhlükəsizliklə bağlı digər məsələləri müzakirə ediblər.
Qeyd edək ki, görüşdə Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Xəzər Fərhadov da iştirak edib.
“Azercell Telekom”un Müştəri Məmnuniyyəti Sistemi beynəlxalq qiymətləndirmədən keçib
Ərdoğan Türkiyə parlamentidə andiçmə mərasimində iştirak edir
Moskvada Azərbaycan-Rusiya-Ermənistan işçi qrupunun iclası keçirilir
Sabah Bakıda 31° isti olacaq,bölgələrdə şimşək çaxacaq,dolu düşəcək
“Neftçi” 11-ci dəfə Azərbaycan kubokunun finalında oynayacaq
Baş nazir Əli Əsədov BP-nin nümayəndə heyəti ilə görüşüb
Paytaxtdakı Alı Mustafayev küçəsi təmirə bağlanır
Milli Məclis dövlət büdcəsinə nədən yenidən baxır?-Nazirin açıqlaması
İranda həbs edilən Fərid Səfərli ilə görüşün keçirilməsi üçün tədbirlər görülür-XİN
İyulun 19-da Məhərrəm ayı başlayır
Bu gün Türkiyə parlamenti yeni tərkibdə fəaliyyətə başlayır
Azərbaycan Avropa Paralimpiya Oyunlarında 45 idmançı ilə təmsil olunacaq
Azərbaycanda pul bazası 17 milyard manatı ötür
İstanbulda Türkiyə-Azərbaycan yoldaşlıq görüşü keçiriləcək
Fransa prezidentinin bəyanatı bölgədə sülhə müsbət töhfə vermir-XİN
Dövlət Komitəsi Dünya Bankı ilə qrant sazişi imzalayıb
"AÇG"dən 573 milyon ton neft, 208 milyard m3 qaz hasil edilib
İlham Əliyev İtaliya prezidentini təbrik edib
Co Bayden ayağı büdrəyərək yıxılıb
Ərdoğan iyunun 3-də and içəcək
“Uşaq hüquqlarının qorunması həftəsi” yekunlaşıb
Salyanda ölülərin qızıl dişlərini oğurlayan şəxslər saxlanılıb
Bakıda Xəzər Beynəlxalq Nəqliyyat və Logistika Forumu keçirilir
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
Bakıda buz meydançası istifadəyə verilib