logo

Ordumuzun əsgəri bədbəxt hadisə nəticəsində vəfat edib

10:10 24-05-2023 | icon 2051
Ordumuzun əsgəri bədbəxt hadisə nəticəsində vəfat edib

Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Məmmədli Davud Fuad oğlunun xidmətdə olarkən baş vermiş bədbəxt hadisə nəticəsində vəfat edib. Faktla bağlı araşdırma aparılır.

YeniAvropa xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.

Allah rəhmət eləsin!