logo

Qurban Qurbanov dünya ədalətli oyunlar diplomuna layiq görülüb

10:01 24-05-2023 | icon 3318
Qurban Qurbanov dünya ədalətli oyunlar diplomuna layiq görülüb

“Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov Beynəlxalq Ədalətli Oyunlar Komitəsi (CIFP) Şurası tərəfindən yüksək mükafata –“Jean Borotra - Karyera” kateqoriyasında dünya ədalətli oyunlar diplomuna layiq görülüb.

Azərbaycan İdman Jurnalistləri Assosiasiyasından(AİJA) YeniAvropa-ya bildirilib ki, Ağdam təmsilçisinin baş məşqçisi 2022-ci ildə idman dünyasında ədalətli oyunun təşviqi sahəsində nümunəvi nailiyyətlərin tanınmasına görə təltif olunacaq.

Eyni zamanda CIFP-in prezidenti Jenö Kamuti AİJA vasitəsilə baş məşqçiyə məktub göndərib. Mütəxəssis mükafatların təqdimetmə mərasiminə dəvət olunub və gələcək karyerasında uğurlar arzulanıb.

Qurban Qurbanov bu mükafata 2022-ci il fevralın 24-də UEFA Konfrans Liqasının 1/16 final mərhələsinin "Qarabağ" - "Marsel" oyunundakı ədalətli jestinə görə layiq görülüb.

Xatırladaq ki, ötən il mütəxəssisə CIFP tərəfindən Pyer De Kuberten mükafatı verilib.