logo

Azad edilən ərazilərdə daha 31 mina aşkarlanıb

14:34 22-05-2023 | icon 1393
Azad edilən ərazilərdə daha 31 mina aşkarlanıb

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən həftə 31 mina aşkarlayıb.

YeniAvropa xəbər verir ki, bu barədə ANAMA-dan verilən məlumatda bildirilib. Qeyd edilib ki, mayın 15-dən 20-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 17, tank əleyhinə 14 mina və 484 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 213 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.