logo

Moskvada Rusiya və Ermənistan XİN başçılarının görüşü keçirilir

13:33 19-05-2023 | icon 1309
Moskvada Rusiya və Ermənistan XİN başçılarının görüşü keçirilir

Moskvada Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla rusiyalı həmkarı Sergey Lavrov arasında görüş başlayıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, tərəflər Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələsini müzakirə edirlər.

Bu gün Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Rusiyanın XİN başçısı Sergey Lavrov və ermənistanlı həmkarı Ararat Mirzoyanın iştirakı ilə üçtərəfli görüşün keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, S.Lavrov A.Mirzoyandan əvvəl Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.