logo

Dünya çempionatındakı nəticəni uğursuz hesab edirik-Baş katib

15:15 18-05-2023 | icon 2870
Dünya çempionatındakı nəticəni uğursuz hesab edirik-Baş katib

“Federasiya olaraq dünya çempionatındakı nəticəni uğursuz hesab edirik. Bu, bizi qane edə bilməz”.

YeniAvropa xəbər verir ki, bu fikri Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibi Rəşad Rəsullu jurnalistlərlə görüşündə səsləndirib.

O, komandanın potensialının yüksək olduğunu söyləyib: “Uğursuzluğun səbəbləri çox önəmlidir. Bəzən müxtəlif fikirlər səsləndirilir, bəlkə həmin görüşlərə belə baxmayıblar”.

Baş katib qadın idmançılara da maksimum diqqət ayırdıqlarını vurğulayıb: “Kişilərə yaradılan şərait onlar üçün də təmin edilir. Onlardan ikisi yarışda debüt edirdi. Biz qadınlardan medal gözləmirdik, indiki çıxışlarını qənaətbəxş hesab edirik. Sonadək döyüşürlər və mübarizə aparırlar. Əminik ki, qadınlardan ibarət yığma nəticələrini daha da artıracaq”.

Qeyd edək ki, Qətərin paytaxtı Dohada keçirilən dünya çempionatına 13 cüdoçu ilə yollanan Azərbaycan millisi Vətənə cəmi bir bürünc medalla qayıdıb. 100 kq-da çıxış edən Zelim Kotsoyev mundialda üçüncü yeri tutub.