logo

Co Bayden "G7" sammitində iştirak etmək üçün Yaponiyaya gəlib

14:14 18-05-2023 | icon 2807
Co Bayden "G7" sammitində iştirak etmək üçün Yaponiyaya gəlib

Cozef Bayden Yeddilər qrupunun (G7) mayın 19-21-də Xirosima şəhərində keçiriləcək sammitində iştirak etmək üçün Yaponiyaya gəlib.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, prezidentin təyyarəsi Birləşmiş Ştatların Yamaquti prefekturasının İvakuni şəhərində yerləşən dəniz piyadalarının aviabazasına enib. Amerikanın dövlət başçısı oradan Yaponiyanın Baş naziri Fumio Kisida ilə ikitərəfli görüşünün planlaşdırıldığı Xirosima şəhərinə yola düşəcək.

Qeyd edək ki, Cozef Bayden dövlət başçısı postunda Xirosima şəhərini ziyarət edən ikinci ABŞ prezidenti olacaq. Bundan öncə 2016-cı ildə Barak Obama II Dünya müharibəsinin sonlarında ABŞ tərəfindən atom bombardmanına məruz qalan şəhərə səfər etmişdi.