logo

Prokurorluq Bakıda 2 azyaşlının ölümünü  araşdırır

09:58 18-05-2023 | icon 973
Prokurorluq Bakıda 2 azyaşlının ölümünü  araşdırır

Mayın 17-si saat 19 radələrində paytaxtın Sabunçu rayonu ərazisində yerləşən quyuda 2 azyaşlının meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Prokurorluqdan YeniAvropa-ya bildirilib ki, ilkin araşdırma zamanı azyaşlıların meyiti üzərində hər hansı xəsarət müəyyən edilməyib.

Zərərçəkmişlərin ölüm səbəbinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizası təyin edilib və digər zəruri hərəkətlər aparılıb.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda araşdırma davam edir.