logo

Azərbaycan QHT-ləri Dövlət Departamentinin illik hesabatına etiraz edib

16:13 17-05-2023 | icon 861
Azərbaycan QHT-ləri Dövlət Departamentinin illik hesabatına etiraz edib

Azərbaycanda fəaliyyət göstərən bir qrup Qeyri-Hökumət Təşkilatı (QHT) ABŞ Dövlət Departamentinin bu günlərdə dünyada dini azadlıqların vəziyyətinə dair növbəti illik hesabatına etiraz edərək bəyanat yayıb.

YeniAvropa xəbər verir ki,bəyanatda deyilir:

“Bu yaxınlarda ABŞ Dövlət Departamentinin rəsmi saytında 2022-ci il üzrə Beynəlxalq Dini Azadlıqa bağlı hesabatda Azərbaycan barədə yazı dərc olunub.

Bununla bağlı bildirmək istəyirik ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci il iyunun 16-da imzaladığı “Dini etiqad azadlığı haqqında” qanunu bir daha göstərir ki, ölkəmiz bu istiqamətə xüsusi önəm verir.

Multikulturalizmin və multikonfessional icmaların ölkəmizdə mövcud olması, eyni zamanda Azərbaycan Respublikasında Rus və Gürcü pravoslav kilsələri, Erməni apostol kilsəsi, Yeddinci günün adventistləri, Molokan kilsəsi, Roma katolik kilsəsi, Yevangelistlər, Baptistlər və Yehovanın şahidləri, Yəhudilərin və Bəhailərin sinaqoqları, məbədləri və digər dini evlərin fəaliyyət göstərməsi buna bir daha sübutdur.

Tarixən ölkəmiz ədalətsizliyə məruz qalıb. 30 il erməni işğalçılarının əlindən əziyyət çəkərək, indi daha bir qərəzli münasibətlə üz-üzəyik. Çox təəssüf ki, belə bir qərəzli münasibət bu dəfə ABŞ Dövlət Departamentindən gəldi. Biz 2023-cü il mayın 16-da dərc edilmiş Beynəlxalq Dini Etiqad Azadlığı üzrə 2022-ci il Hesabatına istinad edirik. Hesabatda ölkəmizin dini və mədəni obyektlərin, xüsusilə də bu yaxınlarda Ermənistanın nəzarətindən azad edilmiş ərazilərinin mühafizəsinə səhlənkar yanaşıldığı göstərilir. Bu, təəssüf doğuran təhrifdir".