Azərbaycanda pambıq ixracı nədən azalıb?
Müəyyən ixrac bazarlarında pambıq ipliyinə tələbin azalması və idxalda pambıq mahlıcına üstünlük verilməsi səbəbi ilə Azərbaycanda pambıq üzrə ümumi ixrac göstəriciləri enib.
YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin(AZPROMO) təşkilatçılığı ilə pambıq ixracatçıları ilə keçirilən görüşdə bildirilib.
Qeyd edilib ki, ixracın azalmasının digər səbəbi isə Türkiyədə baş verən güclü zəlzələ nəticəsində müəssisələrin fəaliyyətinin dayandırması olub.Bundan əlavə, nəqliyyat çatışmazlığı tədarük prosesini yubadıb.
Bu məsələlər ilə bağlı şirkət nümayəndələrinin tələb və təklifləri dinlənilib və ixracatçılar tərəfindən səsləndirilən çətinliklərin həlli istiqamətində aidiyyəti qurumlar tərəfindən işlərin aparılacağı bildirilib.
Görüş iştirakçılarına AZPROMO-nun dəstək tədbirləri, o cümlədən bu il təsdiqlənməsi gözlənən logistikanın subsidiyalaşması mexanizmi haqqında məlumat verilib.
Xatırladaq ki, AZPROMO-nun təşkilatçılığı İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Vergi Xidməti, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Sahibkarlığın İnkişafı Fondu, İqtisadi Zonaların İnkişafı Agentliyi və Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nümayəndələrinin iştirakı ilə pambıq ixracatçıları ilə görüş keçirilib. Tədbirdə ixrac coğrafiyasının genişləndirilməsi məqsədilə pambığın yeni ölkələrə tədarük olunması üçün tələb olunan sertifikatlar və keyfiyyət standartları haqqında ixracatçılara məlumat verilib, ixracatçıların sualları cavablandırılıb.
“Azercell Telekom”un Müştəri Məmnuniyyəti Sistemi beynəlxalq qiymətləndirmədən keçib
Ərdoğan Türkiyə parlamentidə andiçmə mərasimində iştirak edir
Moskvada Azərbaycan-Rusiya-Ermənistan işçi qrupunun iclası keçirilir
Sabah Bakıda 31° isti olacaq,bölgələrdə şimşək çaxacaq,dolu düşəcək
“Neftçi” 11-ci dəfə Azərbaycan kubokunun finalında oynayacaq
Baş nazir Əli Əsədov BP-nin nümayəndə heyəti ilə görüşüb
Paytaxtdakı Alı Mustafayev küçəsi təmirə bağlanır
Milli Məclis dövlət büdcəsinə nədən yenidən baxır?-Nazirin açıqlaması
İranda həbs edilən Fərid Səfərli ilə görüşün keçirilməsi üçün tədbirlər görülür-XİN
İyulun 19-da Məhərrəm ayı başlayır
Bu gün Türkiyə parlamenti yeni tərkibdə fəaliyyətə başlayır
Azərbaycan Avropa Paralimpiya Oyunlarında 45 idmançı ilə təmsil olunacaq
Azərbaycanda pul bazası 17 milyard manatı ötür
İstanbulda Türkiyə-Azərbaycan yoldaşlıq görüşü keçiriləcək
Fransa prezidentinin bəyanatı bölgədə sülhə müsbət töhfə vermir-XİN
Dövlət Komitəsi Dünya Bankı ilə qrant sazişi imzalayıb
"AÇG"dən 573 milyon ton neft, 208 milyard m3 qaz hasil edilib
İlham Əliyev İtaliya prezidentini təbrik edib
Co Bayden ayağı büdrəyərək yıxılıb
Ərdoğan iyunun 3-də and içəcək
“Uşaq hüquqlarının qorunması həftəsi” yekunlaşıb
Salyanda ölülərin qızıl dişlərini oğurlayan şəxslər saxlanılıb
Bakıda Xəzər Beynəlxalq Nəqliyyat və Logistika Forumu keçirilir
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
Bakıda buz meydançası istifadəyə verilib